Acara hökumətinin sədri, Tornike Rijvadze Rusiya-Gürcüstan arasındaki 2008-ci ilin avqust müharibəsini “qorxaqcasına uduzulmuş” adlandırıb. Rijvadze bu barədə, Ali Şuranın müxalifətdən olan üzvlərinin Acarada Rusiya vətəndaşlarının sayının artması və bunun yaratdığı təhlükələr barədə soruşduqdan sonra bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Batumi həmişə multikultural şəhər olub və biz mədəni rəngarəngliyə, xüsusən də turistlərə təəccüblənmirik, lakin burada söhbət gürcü xalqına qarşı müharibədə bilavasitə iştirak etmiş, əlləri qana batmış insanların şəhərimizə sərbəst daxil edilməsindən gedir və əgər, bunu hökumət etməsə, gürcü kişisi üçün ləyaqəti ən vacib şeydir, bəs sabah küçədə elə bir adamla qarşılaşsanız ki, onun hətta 2008-ci il müharibəsində də hansısa formada iştirak etdiyi barədə məlumatınız var, bunu necə təsəvvür edərdiniz? Özünə hörmət edən gürcü nə edərdi?
Əgər hökumət ağlı başına gəlib, əli gürcülərin qanınına batmış şəxslərin ölkəmizin sərhədlərinə daxil olmasını vaxtında dayandırmasa, iş bu həddə çata bilər”, - “Vahid Milli Hərəkat”dan Acara Ali Şuranın üzvü Qiorqi Kirtadze bildirib. O, həmçinin Rijvadzenin səs yazısını da əlavə edib, onun sözlərinə görə, Rijvadze və Batumi meri Arçil Çikovani Batumi otellərindən birində rus zabitləri ilə əylənib, rusiyalı müğənni Qazmanovun mahnılarına qulaq asıblar.
Rijvadze Batumidə Rusiya vətəndaşlarının sayının artdığını təsdiqləyib.
“Bəli, pandemiyadan əvvəl kifayət qədər uğurlu mövsüm olan 2019-cu illə müqayisədə turistlərin sayı artıb. Həm ziyarətçilərin sayı, həm də gəlirlərin miqdarı iki dəfə artıb və mən sizə demək istəyirəm ki, bu ümumi payda, o cümlədən 2008-ci ildə, qorxaqcasına uduzulan müharibədən sonra Saakaşvili hökumətinin yaşıl ışıq yandırdıb, vizasız rejim tətbiq edərək, gül-çiçək, gürcü çaxırı ilə qarşıladığı ölkə vətəndaşları da var”, - Rijvadze bildirib.
Müxalifət Rijvadzeyə bildirib ki, o, 2008-ci il müharibəsində həlak olan qəhrəmanları təhqir edir.
“Qəhrəmanları nə cür təhqir edirsiniz? Yəni 2008-ci ildə xalq döyüşərkən, bu qorxaqcasına döyüşü idi? Bütün komanda qorxaqsınız, qorxaq özünüzü adlandırın. Lavrovun qızının qarşısına, az qala şamla çıxdınız, kadırovçular da onu kimi. Qəhrəmanlar haqqında qorxaq ifadəsi işlətmək haqqını heç kimə verməyəcik”, - “Milli Hərəkat”-ın üzvü Elquca Baqrationi Rijvadzeyə bildirib.
Acara hökumətinin sədri “Milli Hərəkat” üzvlərini “qaçaq hərbi rəhbərlərin davamçıları, fitnə-fəsad törədənlər” adlandırıb.
Ali Şuradakı müxalifət üzvləri də Rijvadzeyə mərhum deputat Nuqzar Putkaradzenin bu günə qədər araşdırılmayan işini xatırladıblar.