Rikoti aşırımının Surami-Çumateleti hissəsində bir işçi həlak olub. Daha bir nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Ölən şəxs Çin, yaralanan isə Gürcüstan vətəndaşıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bir nəfərin ölümü ilə nəticələnən hadisə sex ərazisində baş verib. Mövcud məlumata görə, orada magistralın tikintisi üçün zəruri olan qurğular hazırlanır.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 240-cı (mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə istintaqa başlanıldığını bildirib.
Rikoti keçidində Şərq-Qərb sürətli magistral yolu tikilir. Tikinti işləri Çin şirkətləri tərəfindən aparılır. Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, hazırda layihədə nəzərdə tutulan işlərin 86 faizi yerinə yetirilib. O cümlədən, 51 tuneldən 45-i, 97 körpüdən isə 81-i artıq tikilib.
Regional İnkişaf və İnfrastruktur Naziri İrakli Karseladzenin sözlərinə görə, “bu il iki ən vacib hissə - Xevidən Zestafoniyə qədər açılacaq, gələn il isə tam 52 kilometrlik hissə mərhələli şəkildə istifadəyə veriləcək. ."