Rikoti aşırımında bir neçə yerdə torpaq çökdü

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Şərqi və Qərbi Gürcüstanı birləşdirən Rikoti aşırımında bir neçə yerdə torpaq çöküb. Hazırda nəqliyyatın hərəkəti dayandırılıb. Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, hazırda təmizlik işləri aparılır.

“Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 169-cu km-də (Rikoti hissəsi) güclü yağış nəticəsində bir neçə yerdə sürüşmə baş verib, nəqliyyatın hərəkəti dayandırılıb. Hazırda nəqliyyatın hərəkətinin qısa müddətdə tam bərpası məqsədilə aktiv təmizləmə işləri aparılır”, - Bu barədə Avtomobil Yolları Departamentinin yaydığı məlumatda deyilir.

Təxminən üç aya yaxındır ki, Rikoti aşırımında xüsusi hərəkət rejimi tətbiq olunur. İyunun 17-dən yüngül və sərnişin avtomobillərinin hərəkət müddəti saat 21:00-dək uzadılıb. Bundan əvvəl patrul polisi səhər saat 7-dən axşam 19-a kimi yüngül avtomobilləri və avtobusları idarə edirdi.

Xüsusi rejim martın 30-da Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu kilometrliyində təhlükəli sürüşmə baş verdikdən sonra yaradılıb və Rikoti hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Qomi-Saçxere-Çiatura yolunda yüngül avtomobillərin hərəkətinə icazə verilib, yük maşınlarının isə dolama yoldan istifadəsinə qadağa qoyulub. Xüsusi rejimlə aprelin 8-də avtomobillərin hərəkəti bərpa edilib, lakin qayaların uçması ilə əlaqədar aprelin 11-13-də avtomobillərin hərəkəti hələ də qadağan idi.

Martın 19-da Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 161-ci kilometrliyində (Vertkviçala kəndi yaxınlığında) dağın yamacından torpaq sürüşməsi olub və avtomobil yolunu bağlayıb. Martın 13-də Ubisa-Şorapni hissəsində, 10-cu kilometrdə torpaq sürüşməsi baş verib və tikilməkdə olan tunelin bir hissəsinə zərər vurub.

Rikoti aşırımında yüksək sürətli avtomobil yolu tikilir. İşlər 2019-cu ilin may ayında başlayıb və 2022-ci ilə qədər başa çatdırılması planlaşdırılırdı. Layihə 96 körpü və 53 tuneldən ibarət uzunluğu 51,6 kilometrə qədər olan yolun tikintisini nəzərdə tutur. Regional İnkişaf və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, tikinti başa çatdıqdan sonra Qırmızı Körpüdən Sarpaya qədər olan məsafəni qət etmək 4-4,5 saat vaxt aparacaq.

 

Bu mövzuda:

Belə bir yol çəkirsənsə, bu, natamam araşdırmadır - Qodoladze Rikotinin layihəsi haqqında

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur