Daxili İşlər Nazirliyinin məlumatına görə, Rustaveli prospekti və Parlament binası ərazisində keçirilən aksiyada 11 nəfər inzibati qaydada saxlanılıb. Saxlanılanlar arasında “Lelo” partiyasının baş katibi İrakli Kupradze də var və o, polisin ona fiziki təzyiq göstərdiyini deyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aksiya iştirakçıları polislərlə fiziki qarşıdurma yaşayıblar və onlara müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar.
“Sözügedən qanunsuz hərəkət nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşı xəsarət alıb və o, “Qafqaz Tibb Mərkəzi”nə yerləşdirilib. Həmçinin nazirliyə məxsus nəqliyyat vasitəsinə də ziyan dəyib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Qurum qeyd edir ki, fiziki qarşıdurmanın qarşısını almaq üçün xüsusi alətdən, “bibər qazı”ndan istifadə edilib.
Tbilisidə ikinci gündür ki, parlament binası yaxınlığında etiraz aksiyası keçirilir və aksiya iştirakçıları hakim partiyadan müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini geri götürməyi tələb edirlər. Daxili İşlər Nazirliyi çoxlu sayda polis, xüsusi təyinatlılar və bir su maşını səfərbər edib.
Qanunverici orqanın arxa girişində dinc nümayişçilərə qarşı bibər qazı buraxılıb. Hadisə şahidləri deyirlər ki, aksiyada dinc vəziyyət olub və xüsusi vasitələrdən istifadə qəfil baş verib.
“Gürcü Arzusu” “xarici agentlər haqqında” qanun layihəsini aprelin 15-də Hüquq Məsələləri üzrə Komitədə dəstəkləyib və bu gün iclas səsvermə olmadan başa çatsa da, plenar iclasın müzakirəsinə çıxarılıb. Hakim partiyanın üzvləri xüsusi təyinatlıların və polisin köməyi ilə qanunverici orqanı tərk ediblər. Qanun layihəsinin müzakirəsi aprelin 17-də, saat 12:00-da davam etdiriləcək.