İctimai təşkilatlar parlamentdən dərhal plenar iclas keçirməyi, orada yenidən rus qanunlarına səs verməyi və onu rəsmən ləğv etməyi tələb edir; Digər tələb Gürcüstanın Avropa gələcəyini müdafiə edən və Gürcüstanın və onun xalqının ləyaqətini alçaldan rus qanunlarına qarşı küçələrdə etiraz edən bütün məhbusları dərhal azad edilməsidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gənclərə, qadınlara, fəhlələrə, alimlərə, müəllimlərə, həkimlərə, mədəniyyət və idman nümayəndələrinə, şərabçılara, sahibkarlara, fermerlərə, hakimiyyətin zorakılığı və repressiyaları qarşısında tarixin düz tərəfində dayanan, öz fikrini bildirən hər kəsə təşəkkür edirəm! Cəmiyyətin rus qanunlarının qəbuluna, Avropa kursundan kənara çıxmasına qarşı sarsılmaz mübarizəsi ilkin nəticələrini verdi.
Martın 7-də Gürcüstan parlamentinin əksəriyyətinin 78 deputatı birinci oxunuşda gürcü xalqına qarşı rus qanununu dəstəkləyib. Gürcüstanın bütün beynəlxalq tərəfdaşlarının fikrincə, bu qanun Gürcüstanla Avropa İttifaqı arasında böyük Rusiya divarıdır; Rus qanununun parlamentdə müzakirəsi isə bütün vətəndaşların ləyaqətinı xələl yetirir və Gürcüstan prezidenti tərəfindən də təsdiqlənən antikonstitusiya addımıdır.
İctimaiyyətin nəzərinə çatdırırıq ki, birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin geri götürülməsi proseduru yoxdur, onu yalnız plenar iclasda ləğv etmək olar. Ona görə də zəruridir ki, parlament rus qanununa yenidən səs verərək onu ləğv etsin və təşəbbüskarlar rus qanununun səsə qoyulmayan ikinci variantını rəsmən geri götürsünlər. Bu, gürcü xalqından rəsmi üzrxahlıq olacaq”, - deyə ictimai təşkilatların birgə bəyanatında bildirilir.
“Gürcü Arzusu” partiyası bu gün bəyanat yayıb və bildirilib ki, parlament çoxluğunda keçirilən məsləhətləşmələr nəticəsində onların dəstəklədiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qeyd-şərtsiz geri götürülməsi barədə qərar qəbul edilib. Hakim partiyanın fikrincə, yalan maşını qanun layihəsini mənfi təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bilib.
“Qanun layihəsinə saxta “rus qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu. Bundan başqa, radikal qüvvələr gənclərin bir qismini qanunsuz fəaliyyətə sürükləyə bildilər... Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün nəzərdə tutulduğunu və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı həqiqəti geniş ictimaiyyətə çatdıracağıq”.
Parlamentin aparatının bu gün səhər saatlarında yaydığı məlumata əsasən, bu həftə parlamentdə plenar iclaslar keçirilməyəcək, çünki “7-8 mart tarixlərində aksiya iştirakçılarının bəzilərinin zorakılıq hərəkətləri nəticəsində parlamentin binasına və infrastrukturuna”ziyan dəyib.
9-10 mart tarixlərində ziyarətçilərin, akkreditə olunmuş KİV-lərin və parlament üzvlərinin parlamentin ərazisinə girişi məhdudlaşdırılacaq. Gürcüstan parlamentinin aparatı binaya yalnız zərərin təsviri və bərpasında iştirak etməli olan aparatın əməkdaşlarının girişinə icazə verəcək.
7-8 mart tarixlərində parlament yaxınlığında rus qanununun qəbuluna qarşı minlərlə insanın iştirak etdiyi etiraz aksiyası keçirilib və onları Daxili İşlər Nazirliyi xüsusi təyinatlılar vasitəsilə dağıdıb. Hökumət dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən kütləvi şəkildə istifadə edib. Xüsusi təyinatlıların əməkdaşları aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarına hücüm etməkdə təqsirli bilinən 1 nəfər, xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmama faktlarına görə isə 133 nəfər inzibati qaydada həbs edilib.