Qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament “xarici agentlər” haqqında rus qanununu qəbul etdikdən sonra ona tabe olmayacaqlarını bir daha bəyan ediblər. “Ölkəmizdə rus qanunu işləməyəcək! Bura Gürcüstandır! Biz ruslaşmayacağıq!”, - onların birgə bəyanatında deyilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“55 gün əvvəl hökumət gürcü xalqına verdiyi sözü pozdu və rus qanununu yenidən irəli sürdü. O, bu qanunu qəbul etməklə vətəndaş sektorunu sındırmaq istəyirdi, lakin görünməmiş birlik və yorulmaz müqavimət ilə qarşılaşdı. Gürcü xalqı öz Avropa gələcəyini qətiyyətlə müdafiə edir, müdafiə edəcək və heç vaxt rus çəkmələri altında yaşamağa öyrəşməyəcək.
Rus qanunu ölkəmizdə işləməyəcək! Heç kimin tabe olmayacağı bir kağız parçası olaraq qalacaq!
Hakimiyyət bilərəkdən ölkəmizin iqtisadiyyatına, beynəlxalq nüfuzuna, vətəndaş asayişinə, əmin-amanlığına təhlükə yaradıb. Bu, qəsdən edilib ki, bu ölkənin vətəndaşları daha bir-birinə kömək edə bilməsinlər, amma biz 55 gündür sübut edirik ki, insanlar vətənini sevməkdən heç vaxt yorulmurlar. Bu qanun ləğv olunana qədər etirazımız və mübarizəmiz davam edəcək!
Onlar bizi xüsusi təyinatlılarla, döyməklə və söyüşlərlə, saxlanılmalarla və qanunsuz cərimələrlə qorxutmağa çalışsalar da, hesaba qatmayıblar ki, insanlara kömək etməkdən ibarət olan saleh işdə heç nə bizi dayandıra bilməz.
Biz işimizi davam etdirəcəyik - insanlara, bir-birimizə kömək edəcəyik və rus qanununa tabe olmayacağıq!
Biz heç kimi tək qoymayacağıq, saxlanılanların, cərimələnənlərin hamısını qoruyacağıq. Vəkillərimiz yerli və beynəlxalq məhkəmələrdə mübarizə aparacaq. Gürcüstan sevgisi və azadlığı üçün bizə kəsilən cərimələri ödəmək üçün bir-birimizdən pul yığacağıq.
Bizim mübarizəmizi bütün sivil dünya görür və dəstəkləyir. Rus qanununun qəbulu ilə seçkilərin monitorinqi təhlükə altındadır, lakin biz Gürcüstan vətəndaş təşkilatları seçkiləri və hər bir vətəndaşın səsini qoruyacağımıza söz veririk. Azad və ədalətli seçkiləri qorumaq üçün hər bir seçki məntəqəsində sizinlə olacağıq və müşahidə aparacağıq!
Bura Gürcüstandır! Biz ruslaşmayacağıq! Gürcü xalqı azadlıq mübarizəsi ilə bütün dünyanı bir daha valeh edəcək.
Biz itaətsizlik elan edirik - Rus qanununa yox! Avropaya hə”.
Mayın 28-də Gürcüstan parlamenti prezidentin rus qanununa qoyduğu vetonu aşaraq, nəhayət, 84 səslə onu təsdiqləyib. “Gürcü Arzusu”nun deputatları qanunverici orqanı polis və xüsusi təyinatlıların köməyi ilə tərk ediblər.