“Gürcü Arzusu” müstəqil media və ictimai təşkilatları sıradan çıxarmaq üçün rus qanununu qəbul etməyə tələsdiyi bir vaxtda, 21 gündür Çiaturanın Şukruti kəndinin sakinləri insanların evləri ilə birlikdə diri-diri basdırılmasının qarşısını almaq üçün mübarizə aparırlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Heç bir şərhimiz yoxdur, heç kim bizə diqqət yetirmir.
Biz dolanışığımız üçün mübarizə aparırıq ki, hər şey başımıza çökməsin. Dəhşətli bir fəlakət yaxınlaşır. Aksiyaları dayandırmasaq, bizi həbs edəcəkləri ilə hədələyirlər.
Bizi qorxuda bilməzlər, biz evlərimizi qoruyuruq. Bu yolda özümüzü qurban verəcəyik”, - Çiaturada üç həftəlik fasiləsiz aksiya, Koroxnali mədəninin yaxınlığında çadır quraraq müəssisəni iflic vəziyyətə salınmasına baxmayaraq, Şukruti kəndinin sakinləri nə yerli və mərkəzi hakimiyyət orqanlarından, nə Xalq Müdafiəçisindən, nə də milli mediadan diqqət görə biliblər.
Şukrutidə, Asmat Nefaridze ailəsinin yeganə yaşayış evi birbaşa 2 il əvvəl torpağın çökdüyü və evləri altında qoyduğu qonşu İtxvisi kəndindəki Meqrelişvili və Maxatadze məhəlləsinə baxır.
“İndiyə qədər İtxvisiyi görürdük. Biz də bu təhlükədən qaça bilməyəcəyik qorxusndan nevroz oldum. Şukrutinin altında da mədən var. Manqan sona qədər çıxarıldı, boşluq qaldı. Dörd ay əvvəl artıq bizim evin qarşısında da torpaq çökdü. Gecələr növbə ilə yatırıq”
Nəhəng çat Neparidzelərin evindən cəmi 30-40 metr aralıdadır və bütün kəndə, təxminən 2 kilometrə qədər uzanır. Artıq bir-iki metr hündürlükdə yer çatlayır, çuxurların dərinliyi görünmür.
Yeraltı manqan hasilatı nəticəsində Şukrutidəki evlər əvvəllər belə irimiqyaslı təhlükə ilə üzləşməsə də, kənddə əvvəlki illərdə evlər zədələnmiş, hətta uçmuşdu. 2021-ci ildə Şukruti sakinlərinin keçirdiyi ən səs-küylü və ən uzun müddətli etiraz aksiyasının fəal iştirakçılarından biri olan Manana Kupatadze “Georgian Mangabnese”nin ona evinin sökülməyəcəyinə dair söz verdiyini xatırlayır. Məhz bu şirkət Çiatura bölgəsində 2047-ci ilə qədər manqan hasilatı üçün lisenziyaya malikdir.
“İnsanlar kənd təsərrüfatı ilə dolanır, artıq tarla da yoxdur. Qonşunun inəyi yarığa düşüb. Torpaq sahələrinə gedən yol da dağılıb. Hər şey dağılacaq. Biz kəndə kömək edirik deyirlər, amma bizə kömək etmirlər, bizi məhv edirlər, bizi buranı tərk edib qaçqın olmağa məcbur edirlər”, - Manana Kupatadzenin ikimərtəbəli evi ferma sahəsi ilə birlikdə “Georgian Mangabnese” tərəfindən 87 min lari ilə qiymətləndirilir. Zərərçəkmiş bu məbləği qəbul etməkdən imtina edib: “Bu gün 87 min lariyə ev tikəcəm? Ona görə razı olmadım, bir qəpik də almamışam. Mən və həyat yoldaşım onu 1990-cı illərdə tikmişik. Yarı ac qalmışıq və elə tikmişik ona görə bu günə qədər bitirməmişik. İndi də mənim bu əziyyətimi “Georgian Manganese” məhv etməlidir.
Şirkət 2021-ci ildə Şukrutti sakinləri ilə imzaladığı müqaviləni yerinə yetirməyib. Artan hədələr və haqsızlıqlarla üzləşən zərərçəkənlərə indi subpodratçı “Mağaroeli” MMC ilə müqavilə bağlamaq təklif olunur:
- Məsuliyyəti “Maqaroeli” üzərinə götürür, Şukruti sakinlərinin isə “Georgian Manganese” MMC-yə qarşı heç bir iddiası və tələbi olmayacaq.
- Yeni müqavilə bağlanacağı təqdirdə zərərçəkmişlər Çiaturada onların mülkiyyətində olan bina və tikililəri sökmək hüququnu şirkətə müqavilənin imzalandığı andan, ödəniş edilməmişdən əvvəl verəcəklər, təzminati isə bu hüququ təhvil verildikdən 12 ay sonra və yalnız o halda əldə edəcəklər ki, şirkət bu müddət ərzində Şukruti kəndində hər hansı səbəbdən fəaliyyətini dayandırmasın.
- “Mağaroeli” MMC qeyd olunan öhdəliyi zərərçəkmişin razılığı olmadan mülkiyyətində heç bir əmlak olmayan istənilən şəxsə vermək hüququnu özündə saxlayır.
“Georgian Mananese” aksiya iştirakçılarını polisə də şikayət edib. Onları qanuna zidd olaraq iş prosesini yubandırmaqda ittiham edir. Şirkət bildirir ki, aksiya iştirakçıları Şukruti mədənində mərkəzi havalandırma sistemini söndürməklə işçilərin sağlamlığına təhlükə yaradıblar. Əslində, havalandırma sistemi yalnız bütün işçilər mədəndən çıxandan sonra şirkət işçisi tərəfindən söndürülüb. Buna baxmayaraq, polis dərhal cinayət işi açıb.
“Georgian Manganese”nin sahibi (100% sahibi) nəzarət paketi ukraynalı milyarder İqor Kalomoyskiyə məxsus olan “Georgian American Eloise” şirkətidir və təxminən 4% gürcü səhmdarlar qrupuna, Qiorqi Kapanadzeyə məxsusdur (“Rija” ləqəbli).
Artıq 7-ci ildir ki, Çiaturada ekoloji fəlakətə bərabər vəziyyət yarandığından və təcili düzəliş tələb olunduğundan Milli Ətraf Mühit Agentliyi tərəfindən “Georgian Manganese” MMC-yə xüsusi dövlət meneceri təyin edilib. Əslində isə, xüsusi dövlət idarəetmə rejimi ilə Çiaturada ekoloji vəziyyət daha da pisləşib.
Artıq bir neçə aydır ki, “Georgian Manganese”nin faktiki idarəçiliyi ukraynalı oliqarxın nümayəndələri tərəfindən bərpa edilib.