Rusiya Gürcüstanda laboratoriya yaratmaq və rus şərab sertifikatları vermək niyyətindədir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın sözlərinə görə, onlar Gürcüstanda Rusiya standartları üzrə şərabın sertifikatlaşdırılması üçün laboratoriyaın yaradılmasını nəzərdən keçirirlər. Bu barədə Volvaç Moskvada keçirilən və Rusiya ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərinin müzakirə olunduğu Rusiya-Gürcüstan iqtisadi forumunda deyib.

Nazir müavininin məlumatına görə, ilk təsis iclası fevralda baş tutan Rusiya-Gürcüstan biznes şurası artıq gələn il üçün tədbirlər planı üzərində işləyir.

“İlk növbədə Gürcüstan şərab zavodlarının sertifikatlaşdırılması və şərabların Rusiya standartları üzrə sertifikatlaşdırılması məqsədilə Gürcüstanda ixtisaslaşmış laboratoriyanın yaradılması üçün mütəxəssis qrupu yaradılır. Bu, Rusiya Federasiyası ərazisində gürcü şərablarının ikinci dərəcəli sertifikatını ləğv etməyə imkan yaradacaq”, - deyə Dmitri Volvaç bildirib.

İkinci təşəbbüs Gürcüstandan Rusiyaya idxalı qadağan olunmuş məhsullar siyahısından konyak spirtinin çıxarılması ilə bağlıdır.

“Bu, asan iş deyil. Bunun, belə demək mümkünsə, müxtəlif aspektləri var, lakin biznes şurasının, gürcü və rusiyalı ekspertlərin bu məsələ üzərində işləməsi, məncə, bizim burada irəliləyiş şanslarımızı xeyli artırır. Gürcüstandan tədarük edilən şərabın payının Gürcüstanın ümumi ixracının demək olar ki, 29%-ni təşkil etdiyini nəzərə alsaq, bu təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımların atılması Rusiya ilə Gürcüstan arasında ticari-iqtisadi əlaqələrin inkişafına olduqca əlverişli təsir göstərəcək”, - deyə Volvaç bildirib və 2022-ci il çətin geosiyasi vəziyyətə baxmayaraq, bu il Rusiya ilə Gürcüstan arasında yük dövriyyəsinin demək olar ki, 60% artaraq 2,3 milyard dollar təşkil etdiyini vurğulayıb.

Gürcüstanla müxtəlif səviyyələrdə ticari-iqtisadi əlaqələri Rusiyanın 70-dən çox regionu qoruyub- saxlayır. Dmitri Volvaçın sözlərinə görə, rusiyalı sahibkarlar Gürcüstanla əməkdaşlığa artan maraqla baxırlar.

“Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın hərəkətverici amillərindən biri turizmin inkişafı ola bilər. Mütəxəssislərimiz yaxın vaxtlarda turizm sənayesinin inkişafı üçün tədbirlər planı layihəsinin hazırlanmasına başlamaq üçün hazırdırlar. Bununla belə, ilk iş hava hərəkətinin bərpası, eləcə də Rusiya vətəndaşları üçün təhlükəsizlik məsələlərinin işlənməsidir. Keçiş tutumunu artırmaq üçün hazırda Yuxarı Lars Beynəlxalq Avtomobil Yolu Nəzarət Məntəqəsinin yenidənquruma işləri davam edir. Tamamlandıqdan sonra keçiş tutumu genişliyi bir neçə dəfə, zolaqların sayı isə 14-dən 39-a qədər artacaq. Yenidənqurma işlərinin 2023-cü ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır”, - deyə Volvaç bildirib.

Gürcüstan ötən il 252,5 milyon dollar dəyərində şərab satıb. Sakstat göstəricilərinə əsasən, ixracın demək olar ki, 64%-i Rusiyaya gedir. 2022-ci ildə 2021-ci illə müqayisədə Rusiyaya gürcü şərabının ixracı artıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur