“Rusiya NATO-dan qorxur və yalnız ümumi təhlükəsizlik məkanından kənarda olanları udmağa çalışır, əgər qonşu ölkəni tamamilə udmağa macal tapmasa, onun ərazisində dondurulmuş müharibə qoymağa çalışır”, - Ukrayna prezidenti Volodimir Zelenski Moldovada davam edən Avropa Siyasi Birliyinin (EPC) ikinci sammitində bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Zelenskinin sözlərinə görə, Avropa qitəsində soyuq və isti müharibələrə yer yoxdur.
“Bundan əvvəl çinli jurnalist məndən “niyə NATO?” deyə soruşdu və cavab çox sadədir: təhlükəsizlik zəmanətləri olmayanda yalnız müharibə zəmanətləri olur... Ona görə də Rusiya ilə həmsərhəd olan və Rusiya tərəfindən parçalanmaq istəməyən bütün Avropa ölkələri Aİ-nin və NATO-nun tamhüquqlu üzvü olmalıdır. Burada yalnız iki alternativ var - ya açıq müharibə, ya da sürünən rus işğalı. Biz Belarusda baş verənləri görürük. Biz Gürcüstanda baş verənləri görürük. Biz, bu xalqların müxtəlif yollarla da olsa, eyni nizamsız vəziyyətə necə sürükləndiklərini görürük.
Bəs onlar nə görürlər? Azadlığa və ümumi Avropa dəyərlərinə sadiqliklərini qanla sübut edən ukraynalılar belə, Avropa İttifaqı və NATO-ya üzvlük barədə hələ də dəqiq müsbət cavab eşitməyiblərsə, başqalarının ümidləri tamamilə illüziyaya çevrilir. Həm azadlıq uğrunda döyüşən əsgərlərimizin, həm də Ukraynadaki mübarizəmizə ümid edən bu xalqların məyusluğunu düşünün, - Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, bu il qərarların qəbulu ilidir və Ukrayna bu ilin yayında NATO-nun Vilnüsdə keçirilməsi planlaşdırılan sammitində Ukraynanın üzvlük dəvəti və qoşulma yolunda təhlükəsizlik zəmanəti alacağını gözləyir. Zelenski qeyd edib ki, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı da müsbət qərara ehtiyac var.
“Ukrayna üçün müsbət qərarlar hamı üçün müsbət qərar olacaq. Təhlükəsizliyin əsası. Moldova üçün. Bu çox vacibdir. Gürcüstan üçün uzunmüddətli perspektivdə və mən şübhə etmirəm ki, Belarus üçün də vaxt gələcək”, - deyə Volodimir Zelenski bildirib.
Onun qeyd etdiyi kimi, Avropa ilə bağlı qərarlar qəbul ediləndə liderlər yadda saxlamalıdırlar ki, hər bir şübhə - istər təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən addımlar, istərsə də Avropan;n birliyinə şübhə - Rusiyanın mütləq tutmağa çalışacağı səngərdir.
Sammitdə 47 ölkənin lideri, o cümlədən Gürcüstanın baş naziri İrakli Ğaribaşvili də iştirak edir.