Rusiya işğal etdiyi Abxaziya vasitəsilə Türkiyəyə mal tədarük etməyə başlayıb. Bu barədə məlumatı De Fakto respublikanın Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Alias Labaxua təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Labaxuanın sözlərinə görə, 2023-cü ilin birinci rübündə əvvəlki illə müqayisədə yük dövriyyəsi artıb ki, bu da bir sıra amillərlə, o cümlədən tədarükün həcminin artması ilə əlaqədardır.
“Bu yaxınlarda bizə 62 konteynerli qatar gəldi. Bu, Rusiya Federasiyasından Türkiyəyə yük tranziti idi. Bu, ilk qaranquş deyil, kiçik partiyalarla da olsa, başqa tranzitlər də olub. Qatar Rusiya Federasiyasına başqa bir yüklə qayıdacaq.
Abxaziya və Rusiya hakimiyyət orqanları arasında mövcud razılaşmaya uyğun olaraq, tərəflər öz ərazilərində yüklərin rahat tranzitini təmin etməlidirlər. Gömrük vergisi yüksək deyil, amma bizim ərazimizdə oxşar prosedurların aparılması faktı çox şeydən xəbər verir: bu gün bir çatdırılma, sabah başqa və beləliklə, necə deyərlər, dövlət büdcəmiz “Kapik Kapık” yığılacaq”, Labaxua bildirib.
Martın 30-da “Abxaziya Dəmir Yolları” məlumat yayıb ki, martın 23-də “Abxaziya Dəmir Yolları tarixində ilk dəfə baş verən” konteyner qatarının “Suxumi” dəmir yolu stansiyasına daxil olması baş tutub. 62 konteynerlik qatarda 2700 ton yük olub.
“Dövlət başçısı Aslan Bjaniya bizə mühüm dəstək göstərdi. İlk qatar yola düşməzdən əvvəl o, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Oleq Belozerovla əlaqə saxladı və bu layihənin həyata keçirilməsi ilə bağlı çətin məsələlərin həllində bizə kömək etdi”, - deyə “Abxaziya Dəmir Yolları” nümayəndəsi Oktay Xəziri bildirib.
“Abxaziya Dəmir Yolu”nun dərc etdiyi fotoya əsasən, tranzit daşımaları SMARTLOG beynəlxalq nəqliyyat və logistika şirkətinin konteyner qatarı həyata keçirib. Şirkət aşağıdakı marşrutlar üzrə fəaliyyət göstərir: Çin - Qazaxıstan/Türkiyə - Çin; Rusiya - Orta Asiya - Rusiya; Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu; Şimal cənub; Çin - Avropa - Çin; Çin - Özbəkistan - Çin.
Gürcüstan hakimiyyəti işğal olunmuş Abxaziyadan yüklərin daşınmasına münasibət bildirməyib.