Rusiya Kiyevdəki uşaq xəstəxanasını bombalayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto © REUTERS/Gleb Garanich

Bazar ertəsi, səhər Rusiya Kiyevə və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirib və nəticədə azı 28 nəfər həlak olub. Kiyevin Şevçenkovski rayonunda ölkənin ən böyük uşaq xəstəxanasına mərmi düşüb. Kiyevin meri Vitali Kliçkonun bildirdiyinə görə, xəstəxanada iki nəfər, o cümlədən həkim həlak olub. Xəsarət alan 16 nəfərdən 7-si uşaqdır.

Prezident Vladimir Zelenskinin sözlərinə görə, “Oxmatdit” təkcə Ukraynada deyil, həm də Avropada minlərlə uşağı xilas edən və sağaldan ən mühüm uşaq xəstəxanalarından biridir.

“Rusiyanın zərbəsi nəticəsində xəstəxanaya ziyan dəyib, insanlar dağıntılar altındadır, yaralıların və həlak olanların dəqiq sayı hələlik məlum deyil. Dağıntıların təmizlənməsində həkimlər, sadə insanlar hər kəs iştirak edir.

Rusiyanın raketlərinin hara düşdüyünü bilməməsi mümkün deyil. O, bütün cinayətlərə - insanlara, uşaqlara, ümumən bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə tam cavab verməlidir. Çox vacibdir ki, indi dünya buna səssiz qalmasın və hamı Rusiyanın nəyi təmsil etdiyini və nə etdiyini görsün”, - deyə Zelenski bildirib.

Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun sözlərinə görə, binanın uşaqlar üçün dializ prosedurlarının aparıldığı hissəsi zədələnib. İşıq kəsilən zaman xəstəxanada əməliyyatlar davam edirmiş.

“Biz əməliyyat və reanimasiya şöbələrində olan hər kəsi xilas edə bildik” - Liaşko.

Ukrayna mətbuatının yaydığı fotolarda onkoloji xəstəlikləri olan uşaqların, onların müalicə aparatları ilə küçədə dayandığı görünür.

Kiyevin Şevçenkovski rayonunda yaşayış binasına da ziyan dəyib, buna görə əhali təxliyə edilib.

Raket hücumları nəticəsində Ukraynanın paytaxtında ən azı 17, Dnepropetrovsk vilayətində isə 11 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr Ukraynanın hərbi sənaye obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin aviabazalarına endirilib və bununla da Ukraynanın “Rusiyanın enerji və iqtisadi obyektlərinə zərər vurmaq” cəhdinə cavab verilib. Rusiya Müdafiə Nazirliyi mülki obyektlərə hədəflənmiş raket hücumu barədə məlumatın “tamamilə həqiqətə uyğun olmadığını” iddia edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur