Gürcüstan-Rusiya sərhədi yaxınlığında, on minlərlə Rusiya Federasiyası vətəndaşının Gürcüstana girmək üçün gözlədiyi yerdə zirehli transportyor (БТР) və Rusiya hərbçiləri yerləşdirilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, ehtiyatda olan hərbçilərin sərhədi yarmaq cəhdinin qarşısı alınacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Kobud desək, bu, hər ehtimala qarşı rezerv rolunu oynayır. Ehtiyatda olan hərbçilər keçid məntəqəsini yarmaq və heç bir sərhəd rəsmiləşdirməsi olmadan ölkəni tərk etmək istəyərlərsə, bunun qarşısının alınması üçün yerləşdirilir. Ancaq bu məqsədlə. Heç bir blokpostun qoyulmasından söhbət getmir”, - deyə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya bölməsindən bildiriblər.
Rusiya mətbuatı xəbər verir ki, qurumdan onu da bildiriblər ki, hazırda “Yuxarı Lars” sərhəd-keçid məntəqəsi adi rejimdə işləyir və çağırış yaşında olan kişi vətəndaşların ölkədən çıxışına heç bir məhdudiyyət yoxdur.
Səfərbərlik elan edildikdən sonra Rusiya vətəndaşları Federasiyanı kütləvi şəkildə tərk edirlər. Ən çox tələb edilən istiqamətlərdən biri də Gürcüstandır. Vizasız daxil olub bir il yaşaya biləcəkləri yer.
Yuxarı Lars sərhəd-keçid məntəqəsində bir neçə gündür ki, yüngül avtomobillərin uzun kilometrəlik tıxacı yaranıb. Rusiya vətəndaşları sərhədi keçmək üçün təxminən 20-40 saat növbədə dayanırlar. Onların bəziləri avtomobillərini qoyub sərhədə tez çatmaq üçün velosiped və ya skuterdən istifadə edərirlər. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, sentyabrın 26-da səhər saat 6-da keçid məntəqəsinin qarşısında 2500 yüngül avtomobil dayanmışdı, gecə-gündüz ərizində isə 1890 nəqliyyat vasitəsi keçib.
Şimali Osetiyanın vitse-premyeri İrbek Tomayev bildirib ki, son həftədə hər iki istiqamətdə 37 min avtomobil və 115 mindən çox insan sərhədi keçib ki, bu da ötən həftənin məlumatlarından 23.3% çoxdur.
Tomayev nə qədər Rusiya vətəndaşının Gürcüstana keçdiyini dəqiqləşdirməyib.
“Ölkədə qismən səfərbərliklə əlaqədar son bir neçə gün ərzində respublikamızdan Gürcüstan istiqamətində keçən yüngül avtomobillərin axını xeyli artıb.
Əsasən çağırış yaşında olan şəxslərin olduğu 3500-ə yaxın nəqliyyat vasitəsi Yuxarı Lars gömrük keçid məntəqəsindən keçmək üçün gözləyir.
Bundan əlavə, Kabardin-Balkar və İnquşetiya Respublikası ilə sərhədlərdə 800-ə yaxın sərnişin avtomobili yığılıb”, - deyə Tomayev bildirib.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də Ukrayna cəbhəsinə səfərbərlik elan edib. Putinin bəyanatına görə, “ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisasa və müvafiq təcrübəyə malik olanlar” hərbi xidmətə çağırılacaq. Əslində hərbi komissarlıqlar kişiləri fərq qoymadan orduya qəbul edirlər. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, qondarma Qismən səfərbərlik çərçivəsində 300 min vətəndaşın hərbi xidmətə çağırılması planlaşdırılır, lakin KİV yazır ki, Putinin Kremlin saytında dərc olunan fərmanında bir milyona yaxın insanın hərbi xidmətə çağırılmasından bəhs edən qapalı bənd var. Kreml bu məlumatı yalan adlandırır.
Nəşr “Novaya qazeta. Avropa” prezident administrasiyasındakı öz mənbəsinə əsaslanaraq yazır ki, artıq 261 min kişi Rusiyanı tərk edib. Bununla əlaqədar olaraq sentyabrın 28-dən hərbi xidmətə çağırılacaq vətəndaşlar üçün sərhədlərin bağlanması nəzərdə tutulur.
Rusiyanın müxtəlif bölgələrində səfərbərliyə qarşı keçirilən etiraz aksiyalarında minlərlə insan həbs edilib.