Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, dənli bitklər sazişindən çıxması ilə əlaqədar iyulun 20-dən etibarən Ukraynanın Qara Dənizdəki limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab olunacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Müvafiq olaraq, belə gəmilərin bayrağına sahib olan ölkələrin Ukrayna münaqişəsində Kiyev rejiminin tərəfində olduqları nəzərə alınacaq”, - Müdafiə Nazirliyindən bildiriblər.
Bəyanatda qeyd olunur ki, Qara Dənizin beynəlxalq sularının şimal-qərb və cənub-şərq hissəsində yerləşən bir neçə dəniz zonası müvəqqəti olaraq naviqasiya üçün təhlükəli elan edilib.
“Dənli Bitkilər Sazişi” Rusiya, Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təxminən bir il əvvəl, 2022-ci il iyulun 22-də imzalanıb. Bu, Rusiyanın Ukraynadakı müharibəsi bütün dünyada ərzaq qiymətlərinin kəskin artmasına səbəb olarkən baş verib - Rusiya Qara dənizdəki Ukrayna limanlarını blokadaya alıb və müxtəlif ölkələrin Ukrayna taxılını daşıyan gəmilərinin yolunu kəsib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, müharibədən əvvəl Ukrayna buğda ixracına görə dünyada beşinci yerdə idi.
17 iyul 2023-cü ildə müqavilə başa çatıb və Rusiya onu tərk etdiyini açıqlayıb. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, razılaşmanın Rusiyaya şamil olan hissəsi yerinə yetirilməmiş qalıb.
Rusiyanın “Dənli Bitki Sazişi”ndən çıxmasından sonra Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Qara Dəniz dəhlizi vasitəsilə Kiyev dənli bitki tədarükünü davam etdirə bilər. Onun sözlərinə görə, gəmi sahibi şirkətlər Ukrayna hakimiyyətinə müraciət edib ki, əgər Ukrayna da yükü buraxmağa hazır olsa, dənli bitki tədarükünü davam etdirməyə hazırdırlar, ancaq Türkiyə bunu keçirməlidir. Rusiya hakimiyyəti Zelenskinin bu bəyanatına cavab verərək bildirib ki, “dənli bitki sazişi” Rusiyanın iştirakı olmadan davam edərsə, sövdələşmənin tərəfləri Ukraynanın, döyüş zonası yaxınlığından keçən dənli bitki ixracı marşrutu ilə bağlı riskləri nəzərə almalı olacaq.
BBC yazır ki, Rusiya Ukrayna limanlarına gedən gəmiləri potensial hərbi hədəflər hesab etdiyini bildirdikdən sonra qlobal bazarlarda buğdanın qiyməti kəskin artıb. Məsələn, Avropa birjasında iyulun 19-u çərşənbə günü buğdanın qiyməti əvvəlki günlə müqayisədə 8,2% artaraq bir ton üçün 253,75 avro təşkil edib.