Rusiya vətəndaşları Tbilisidə rus qanununa tiraz etməməyə çağırılır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskaryov deyir ki, son günlər Gürcüstana mühacirət etmiş ruslar Tbilisidə “kütləvi iştirakla” davam edən etiraz aksiyalarına “can atırlar”. Piskaryov onlara aksiyalarda iştirak etməməyi tövsiyə edir.

"Bu təəccüblü deyil. Tbilisi küçələrində kütlə yaratmaq üçün “rəngli” inqilabların Qərb mütəxəssisləri tərəfindən Rusiyadan olan qaçaqların yoxlanılmış aktivləri cəlb olunur. Rusiya vətəndaşlarına belə aksiyalarda iştirak etməkdən çəkinməyi tövsiyə edirəm. Gürcü xalqının qonaqpərvərliyindən sui-istifadə edib, onu suveren Gürcüstanda sabitliyi pozmağa çalışan xarici qüvvələrin əlində alətə çevirməyə ehtiyac yoxdur", - Vasili Piskaryov deyir.

 “Gürcü Arzusu”nun rus qanununa Moskvada dəfələrlə münasibət bildirilib. Dumanın sədri Vyaçeslav Volodin bildirib ki, “hər hansı ölkə suveren dövlət olmaq istəyirsə, xarici agentlər haqqında qanun qəbul etməyə borcludur”. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qiymətləndirməsinə görə, “Gürcü Arzusu"nun rus qanunu “çox yumşaqdır”.

“Xarici agentlər” haqqında qanunun ilk variantı 2012-ci ilin iyulunda prezident Vladimir Putin tərəfindən imzalanıb və bu Ədliyyə Nazirliyinə imkan yaradıb ki, yalnız xaricdən maliyyə alan və siyasətdə iştirak edən qeyri-kommersiya, qeyri-hökumət təşkilatlarına agent statusu versin. İllər ərzində qanun sərtləşdirilib və bir sıra dəyişikliklər edilib. 2017-ci ildən etibarən xarici media orqanları, o cümlədən “Azadlıq” radiosu və onun layihələri “xarici agent” kimi etiketlənir. 2019-cu ildən repressiv qanun “xarici agent” statusu ilə media materiallarının yaradılmasında iştirak edən və ya onların materiallarını/mesajlarını yayan fiziki şəxslərə (həm Rusiya, həm də xarici vətəndaşlara) şamil edildi. Əslində qanun sosial şəbəkələrdə aktiv olan bütün insanlara şamil edildi. 2020-ci ilin sonunda bu dəyişikliyin icrasına başlanılıb və ayrı-ayrı jurnalistlər, fəallar və hüquq müdafiəçiləri “xarici agent” elan edilib. 2022-ci ilin sonundan etibarən “xarici dəstək alan və ya xaricdən maliyyə almadan “xarici təsir altında” olan hər kəs xarici agent elan edilə bilər. Bundan başqa, qanuna “xarici agentlərə aidiyyəti olan şəxslər” anlayışı daxil edilib və onlar üçün ayrıca reyestr yaradılıb.

Bu qanun Rusiyada müstəqil media və insan haqları təşkilatlarını demək olar ki, tamamilə ləğv etdi.

2022-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Rusiyada "xarici agent" kimi elan edilən 73 QHT-nin iddiasını təmin edərək, Rusiya hakimiyyətinin Avropa Konvensiyasının 11-ci maddəsi ilə təmin edilən toplaşma və birləşmək azadlığını pozduğunu müəyyən edib.

"QHT-lərin “icma nəzarətçisi” rolunu yerinə yetirmələri üçün onlar müxtəlif mənbələrdən sərbəst şəkildə maliyyə tələb edə və ala bilməlidirlər. Bu mənbələrin müxtəlifliyi demokratik cəmiyyətdə bu cür maliyyəni alanların müstəqilliyini artıra bilər", - bu barədə məhkəmə qərarında qeyd olunub.

“Gürcü Arzusu” aprelin 17-də birinci oxunuşda müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran rus qanununu 83 səslə qəbul edib. Hakim partiya insanların etirazlarına və Aİ-nin yüksək səviyyəli nümayəndələrinin “bu qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərəcək” xəbərdarlığına baxmayaraq, parlamentin cari yaz sessiyası başa çatana qədər qanunu hər üç oxunuşda təsdiqləmək niyyətindədir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur