Rusiya “Yuxarı Lars” yaxınlığında səfərbərlik məntəqəsi açacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Hərbi Komissarlığın səfərbərlik məntəqəsi Gürcüstan sərhədi yaxınlığında, Rusiya tərəfində Yuxarı Lars keçid məntəqəsində açılacaq. Bu barədə Şimali Osetiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dünən Yuxarı Larsda daxili işlər naziri Andrey Sergeyevin iştirakı ilə müşavirə keçirilib və orada Gürcüstan istiqamətində yüngül nəqliyyat axınının “ciddi şəkildə artdığı” açıqlanıb.

“Görülən tədbirlərə baxmayaraq, vəziyyət son dərəcə gərgin olaraq qalır ki, bu da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edir. Bu məqsədlə, həmçinin qeyri-qanuni davranış və münaqişəli vəziyyətlərin risklərini azaltmaq üçün vətəndaşların sərhədi piyada keçməsinə icazə verilməsi qərara alınıb. Həmçinin qanunçuluq və yol hərəkəti təhlükəsizliyi istiqamətində digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, yaxın vaxtlarda nəzarət-keçid məntəqəsinin yaxınlığında hərbi komissarlığın səfərbərlik məntəqəsi yerləşdiriləcək”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik elan edilib. Rəsmi açıqlamaya görə, Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün 300 mindən çox ehtiyatda olan hərbçinin səfərbər edilməsi planlaşdırılır.

Sentyabrın 22-dən Rusiya-Gürcüstan sərhədində bir neçə kilometrəlik avtomobil növbəsi yaranıb. Rusiya vətəndaşları, xüsusən də gənclər səfərbərlikdən yayınmaq üçün ölkəni kütləvi şəkildə tərk edirlər.

Şimali Osetiya vitse-premyeri İrbek Tomayevin məlumatına görə, son bir həftədə hər iki istiqamətdə 37 min avtomobil və 115 mindən çox insan sərhədi keçib.

Gürcüstan hökumətinin nümayəndələrinin sözlərinə görə, sərhəddə vəziyyət nəzarət altındadır. Maliyyə naziri Laşa Xutişvili deyir ki, “heç bir dramatik vəziyyət yoxdur”.

Sentyabrın 26-da Rusiya Federal Təhlükəsizlik Xidməti zirehli transportyoru və hərbçiləri, ehtiyatda olan hərbçilərin sərhədi yarmaq cəhdinin qarşısını almaq üçün, Yuxarı Lars keçid məntəqəsinə yerləşdirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur