Rusiyada çağırışçıların pasportları əllərindən alınacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya Dövlət Duması üçüncü və sonuncu oxunuşda məcburi hərbi və ya alternativ dövlət qulluğuna çağırılan şəxslərin xarici pasportlarının müsadirəsini nəzərdə tutan qanunvericilik dəyişikliklərini qəbul edib.

Çağırışçı məcburi hərbi və ya alternativ xidmətə çağırıldıqdan sonra pasportunu Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinə təhvil verməyə borclu olacaq. Sənədin geri qaytarılması yalnız xidmət başa çatdıqdan sonra mümkün olacaq.

Əgər üzrlü səbəbin olmamasına baxmayaraq çağırışçı pasportunu aidiyatı orqana təhvil verməzsə, bu zaman o, etibarsız hesab ediləcək. Həmçinin, sahibinin soyadı, adı, atasının adı və ya doğum tarixi və yeri, cinsi və vətəndaşlığına xitam verildikdə pasport etibarsız sayılacaq.

Bu, 18-27 yaş arası ehtiyatda olmayan və barələrində çağırış komissiyasının çağırış haqqında qərar qəbul etdiyi kişilərə şamil ediləcək. 2024-cü ildən Rusiyada hərbi xidmətə çağırış yaşının 30-a qədər artırılması planlaşdırılır.

Dəyişikliklər Federasiya Şurası tərəfindən təsdiqlənməlidir, bundan sonra isə prezident Vladimir Putinin imzası tələb olunacaq. Yeni qanun dərc olunduqdan 180 gün sonra qüvvəyə minəcək. Çox güman ki, o, 2023-cü ilin payız çağırışına şamil olunmayacaq.

2023-cü ilin aprelində Rusiyada Rusiya vətəndaşlarının orduya çağırılmasına qərar verildikdən sonra ölkəni tərk etmələrini qadağan edən qanun qəbul edilib. Hüquqşünaslar izah etdir ki, bu norma səfərbərlik zamanı çağırılan şəxslərə də şamil oluna bilər.

Ukraynada müharibə başladıqdan bu yana yüz minlərlə Rusiya vətəndaşı cəbhəyə göndərilməmək üçün ölkəni tərk edib. Forbes-in rus nəşri yazırdı ki, 21 sentyabr 2022-ci il tarixində eyni adlı “qismən səfərbərlik” elan edildikdən sonra təxminən 700 min insan ölkəni tərk edib. Ən populyar istiqamətlər kimi Qazaxıstan və Gürcüstan önə çıxıb. Rusiya-Gürcüstan sərhədində, “Yuxarı Lars” keçid məntəqəsində Rusiya vətəndaşlarının uzun növbələri yaranıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur