Rusiyanın 36 şəhərində rusiyalı müxalif siyasətçi Aleksey Navalninin anım aksiyaları zamanı 400-dən çox insan həbs edilib. “OVD info”nun məlumatına görə, ən çox həbslər Sankt-Peterburqdadır, burada vətəndaşlar fevralın 16-18-də siyasi repressiya qurbanlarının abidəsi önünə gül qoyublar. Saxlanılanların sayına görə Moskva ikinci, Stavropol isə üçüncü yerdədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sankt-Peterburqda Navalninin ruhunun yad olunması üçün dəfn mərasimini keçirməyə hazırlaşan pravoslav kilsəsinin keşişi də həbs edilib. Din xadimi polis idarəsində insult keçirib və xəstəxanaya aparılıb.
Bəzi yerlərdə bir nəfərlik aksiya iştirakçıları da həbs edilib. Əlində “Aleksey Navalni öldürüldü, onun qanı sənin əlindədir, Vova” yazısı olan kağız tutan qadın Murmansk şəhərindəki milis məntəqəsinə aparılıb. Novosibirskdə də bir qadın aksiya təşkil edib. O da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də həbs edilib.
Milislər dinc nümayiş iştirakçılarını həbs etməklə yanaşı, repressiya qurbanlarının xatirəsinə gətirilmiş gülləri də götürürlər.
Fevralın 16-da Yamal-Nenta Muxtar Dairəsinin Federal Penitensiar Xidməti məlumat yayıbki, Aleksey Navalni 3 nömrəli İslah Koloniyasında gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib. “Bütün zəruri reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri müəyyənləşdirilir”, - deyə qurum məlumat yayıb. “Russia Today” təbliğat kanalı ölüm səbəbi kimi qan laxtalanmasını göstərib.
Daha sonra Navalninin ölümünü onun tərəfdarları da təsdiqləyib. “Aleksey Navalni öldürüldü. Alekseyin anasına göndərilən rəsmi mesajda deyildiyi kimi, o, fevralın 16-da, yerli vaxtla saat 14:17-də vəfat edib”, – siyasətçinin mətbuat katibi Kira Yarmiş yazıb.
Salexard şəhərinin morqunda olması ehtimal olunan Navalninin cəsədini indiyədək anasına göstərmirlər. İstintaq Komitəsi bildirir ki, ölümün səbəbləri ilə bağlı araşdırmalar davam edir.