Ukrayna prezidenti Vladimir Zelenski Qafqazın, Sibirin və Rusiyanın yerli xalqlarını səfərbərliyə tabe olmamağa və Ukraynaya qarşı müharibəyə qoşulmamağa çağırıb. Ukrayna prezidenti Rusiya vətəndaşlarını küçə və meydanlarda öz azadlıqlarını müdafiə etməyə çağırır ki, daha sonra Rusiya hakimiyyəti növbəti səfərbərlik dalğalarına başlayanda sadəcə yaşamaq hüququ üçün dağlarda və meşələrdə döyüşmək məcburiyyətində qalmasınlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ukrayna prezidentinin müraciətini dəyişmədən təqdim edirik:
“Qafqaz xalqları!
İndi mən Kiyevin 1860-cı illərdə Dağıstanın və bütün Qafqazın qəhrəmanı İmam Şamilin yaşadığı o hissəsindəyəm. Gördüyünüz kimi, Ukrayna qəhrəmanlarınızı necə şərəfləndirməyi bilir. Biz xalqlarımızın mədəniyyətlərini birləşdirən o yerlərin xatirəsini qoruyub saxlayırıq.
Bu, paytaxtımızın tam mərkəzidir. Rusiya hökumətinin raket, bomba və qoşun göndərdiyi yüzlərlə Ukrayna şəhərindən biri. Qafqaz bunun nə demək olduğunu bilir. Qafqaz bunu gördü.
218 gündür ki, bizdən daha çox raketi və insanı olan, amma ədəbdən tamamilə məhrum olanlardan özümüzü müdafiə edirik. Bu, Rusiya tərəfdən rəzil müharibədir, cinayətdir. Biz isə xalqımızı və Ukraynanın müstəqilliyini qorumaq üçün hər şeyi edirik. Bu bizim müqəddəs vəzifəmizdir. Bu bizim borcumuzdur. Valideynlərimiz qarşısında borcumuz. Övladlarımız qarşısında borcumuz. Xalqımızın bütün nəsilləri - torpağımızda yaşayanlar və yaşayacaqlar qarşısında borcumuzdur. Bizim olmadığımız heç nə bizə lazım deyil!
Artıq Ukraynada 58.500 min rus əsgəri həlak olub. Bizi öldürməyə gəldilər və öldülər. Bu rəqəm sizə deyilmir. Sizə yalan danışırlar ki, guya altı minə yaxın ölüb. 58 500! Bu gerçəkdir. Onların hamısı bir nəfərin bu müharibəni istədiyi üçün öldü. Yalnız bir nəfərə görə və ona çoxları xidmət edir.
Qafqaz xalqları! Rusiya ərazisindəki bütün xalqlar! Hələ də bu müharibəni istəyənə xidmət edən bu çoxlu insanlar arasında olmaq üçün heç bir səbəbiniz yoxdur. Ukraynada ölməməlisiniz. Oğullarınız Ukraynada olməməlidi. Sizin nə atalarınız, nə övladlarınız, nə öz gələcəyiniz, nə də torpağınızın gələcəyi qarşısında belə bir vəzifəniz və borcunuz yoxdur. Və siz bunu bilirsiniz.
Biz görürük ki, siz Rusiya hakimiyyətinin öz kadr ordusunun uğursuzluğunun qarşısını almaq istədiyi səfərbərliyə müqavimət göstərirsiniz. Sizə yalan danışırlar ki, guya bu uğursuzluqlar yoxdur.
Rusiya üçün mənasız müharibəyə son qoymaq əvəzinə, rus hakimiyyəti ölülərin yerinə yeni adamlar göndərməyə çalışır. Onların hamısını nə gözlədiyinin cavabını bilirsiniz.
Ukrayna özünü müdafiə etməyə davam edəcək və bizə qarşı açılan bu müharibədə qalib gələcək. Çünki biz öz torpağımızdayıq. Həqiqət bizim tərəfimizdədir. Və bütün sivil dünya bizimlədir. Biz planetdəki istənilən insanlar üçün doğru olan şey üçün - həyat və azadlıq üçün, bütün ailələrimizin, bütün uşaqlarımızın xoşbəxtliyi üçün mübarizə aparırıq.
Rusiya tək qaldı. O, artıq təcrid olunub və bu müharibəyə görə məhkum olunacaq.
“Həqiqətə qılınc çəkən şəxs öz ölümünə bais olur”, - deyəsən, Kreml İmam Şamilin bu sözlərini bilmir. Amma onun bu sözləri Qafqazda bilinməlidir. Sibirdə və bu müharibəyə insanların göndərildiyi bütün torpaqlarda eşidirlməlidir.
İndi isə - səfərbərlik. Ölməmək üçün mübarizə aparın! İndi küçələrdə və meydanlarda azadlığınızı müdafiə edin ki, daha sonra Rusiya hakimiyyəti növbəti səfərbərlik dalğalarına başlayanda sadəcə yaşamaq hüququnuz üçün dağlarda və meşələrdə döyüşmək məcburiyyətində qalmayasınız.
Yoxsa cəmi 300.000 adamı aparacaqlarına mı inandınız? Bu müharibəni başlayan bir nəfər səfərbərliyin ilk dalğasında dayanmayacaq, daha çox olacaq. O, başqa həyatları da almağa çalışacaq. O, insanlara əhəmiyyət vermir. O, nə diriyə, nə də ölüyə hörmət edir.
Ukraynada müxtəlif bölgələrdən olan minlərlə həlak olmuş rus əsgərinin cəsədi qalıb. Rus ordusu tərəfindən yandırılmayanlar çöllərdə çürüyürlər, morqlarda saxlanılırlar. Dünyada yeganə ordudur ki, arxalarında səyyar krematoriyalar var ki, vaxtları olduqda ölü əsgərlərinin cəsədlərindən qurtulsunlar.
Amma indi o, təkcə cəsədləri deyil, həm də tankları və reaktiv artilleriyasını qoyub qaçır.
Bunun nəyə gəldiyini düşünün! İndi səfərbər olan Rusiya vətəndaşlarına xüsusi tezisi çatdırmaq üçün informasiya müharibəsinə başlamağa məcburuq:
Heç olmasa, adınız və soyadınızı tatuaj edin ki, sizi öldürəndə və əsgər jetonunuz üstünüzdə olmadığında sizin yaxınlarınızı tapmağı bilək. Rusiya hökuməti əsgərləri bu müharibəyə jetonsuz, çox vaxt da sənədsiz göndərir! Onlar bunu qəsdən edirlər ki, burada əslində neçə nəfərin öldüyü barədə sizə yalan danışmağı asanlaşdırsınlar. Budur, onların xüsusi əməliyyatı. Yalanlara, terrora, yerli xalqların məhv edilməsinə naminə xüsusi əməliyyat.
Cinayət səfərbərliyinin ilk həftəsində Rusiyadan qaçan kişilərin sayı Rusiya hakimiyyətinin rəsmi olaraq müharibəyə göndəriləcəyindən daha çoxdur. Bəs Kreml buna necə reaksiya verir? Hərbçiləri öz Rusiya vətəndaşlarına qarşı Rusiya sərhədinə göndərir! Bu rüsvayçılıqdır!
Və hansısa psevdoreferendum, tanınma və anneksiya yalanları Rusiya üçün daha böyük rüsvayçılıqla bitəcək.
Heç kim biabırçı müharibədə iştirak etməməlidir. Dağıstanlılar Ukraynada ölməməlidir. Çeçenlər, inquşlar, osetinlər, çərkəzlər və Rusiya bayrağı altında qalan hər hansı digər xalq. Ümumilikdə 200-ə yaxın müxtəlif millətlər var. Bilirsiniz ki, onlar sizdən “yük 200” etmək istəyirlər.
Və siz bunu istəyirsiniz? Yox? Mən əminəm ki, siz yaşamaq istəyirsiniz. Əminəm ki, yalanlardan bezmisiniz. Əminəm ki, bilirsiniz ki, indi döyüşməlisiniz
Rusiya vətəndaşlarının müharibəyə getməsi üçün onları süni şəkildə kreditlərlə yoxsulluğa sürükləyirlər. İnsanlar repressiyalardan qorxur, təbliğatla zəhərlənir. Siz bunu dəyişə bilərsiniz. Sadəcə kimin sizin üçün simvol olduğunu, kimin sizin üçün qəhrəman olduğunu, kimin tarixinizin qürurunu olduğunu və kimin sadəcə olaraq sizdən faydalanmaq istədiyini başa düşməlisiniz!
Döyüşün! Siz qalib gələcəksiniz!”
Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də Ukrayna cəbhəsinə səfərbərlik elan edib. Putinin sözlərinə görə, “ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisasa və müvafiq təcrübəyə malik olanlar” hərbi xidmətə çağırılacaq. Əslində hərbi komissarlıqlar kişiləri fərq qoymadan orduya qəbul edirlər. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, qondarma Qismən səfərbərlik çərçivəsində 300 min vətəndaşın hərbi xidmətə çağırılması planlaşdırılır, lakin medianın yazdığına görə, Putinin Kremlin saytında dərc olunan fərmanında bir milyona yaxın insanın hərbi xidmətə çağırılmasından bəhs edən qapalı bənd var. Kreml bu məlumatı yalan adlandırır.
Rusiyanın müxtəlif şəhər və bölgələrində, o cümlədən əsasən qadınların çıxdığı Dağıstanda qondarma qismən səfərbərliyə qarşı nümayişlər keçirilib. Polis onları zorla dağıtdı və yüzdən çox adamı həbs etdi.
Səfərbərlik fonunda Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk etməyə çalışırlar. Gürcüstan-Rusiya sərhədində yerləşən Yuxarı Lars sərhəd-keçid məntəqəsində uzun növbələr yaranıb.