“Bu gün ki, biz ilk dəfə Rusiya təyyarəsini endirdik, nədənsə, mənə elə gəlir bu, bir az qeyri-münasiblik yaratmalıdır- oğlumun bu gün öldüyünə görə yox, ümumiyyətlə, bu hadisəni müsbət hal kimi qiymətləndirən kəslər üçün. Biraz qeyri-münasiblik hissləri olmalıdır, əgər yoxlarıdırsa”, – Abxaziyanın işğal xətti yaxınlığında öldürülən Qiqa Oxtozorianın anası Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından sonra Moskvadan həyata keçirilən ilk uçuşa belə rəy bildirib. Bu gün Qiqa Oxtozorianın qətlindən 7 il ötür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oğlunun məzarı başında olan Julieta Chanturia jurnalistlərə açıqlamasında hələ də ədaləti tapa bilməsə də, bu illər ərzində ümidlə yaşadığını deyib:
“Bu gün oğlumun məsələsini gündəmə gıtirməkdən çəkinirəm, mənim gürcü xalqımdan çəkinirəm, baxmayaraq ki, heç bir ədalət görməyirəm.
Nədənsə, düşünürəm ki, indi ədaləti görmək, çatmaq daha çətin olacaq. Bu gün mən oğlumla birlikdə vətən sevgisi yolunda fədakarlıq edən, vətən uğrunda vuruşan bütün o gənclərə, o oğlanlarının qəhrəman olmasına ağlayıram. Bu anda, rusları böyük təmtəraqla qarşılaşmağımız bir az təəccüblüdür, məncə.
Mənim oğlum da bu ölkənin oğlu idi, vətənini çox sevirdi. Öz sözləri ki, sən mənim torpağımda dayanırsan və mənim gürcü insanıma bunu necə cəsarət edirsən, gürcü şəxsiyyət vəsiqəsini necə tapdalayırsan – oğlum məhz buna qurban getdi”.
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Thea Axvlediani də Qiqa Oxtozoriyanın məzarı üzərinə gələrək hökumət adından öldürülən şəxsin ailə üzvlərinə dəstəyini bildirir. Axvledianinin sözlərinə görə, hökumət işğalı heç vaxt qəbul etməyəcək və səylərini davam etdirəcək ki, Gürcüstan vətəndaşlarının həyatına qəsd etməkdə günahkar olan bütün şəxslər qanun qarşısında ən sərt şəkildə cavab versinlər.
30 yaşlı Qiqa Oxtozoriya 2016-cı il mayın 19-da Abxaziyanın işğal xətti yaxınlığında, Xurça-Nabakevi keçid məntəqəsi yaxınlığında öldürülüb. O, sərhəd-keçid məntəqəsində - qondarma Abxaziyanın de-fakto hökumətinin silahlı birləşməsinin nümayəndələri qondarma sərhədçilərlə mübahisə edib. Münaqişədən yayınmaq üçün Qiqa Oxtozoriya nəzarət-buraxılış məntəqəsinin ərazisini tərk edərək Gürcüstanın nəzarəti altında olan əraziyə doğru istiqamət alıb. Onu qondarma Abxaz sərhədçiləri, o cümlədən silahlı sərhədçi Rəşid Kanci-Oqli təqib edib. O Gürcüstanın nəzarətində olan ərazi istiqamətində bir neçə dəfə atəş açıb. 2017-ci il martın 7-də Kutaisi Apellyasiya Məhkəməsi Rəşid Kanci-Oqlini Qiqa Oxtozoriyanın qəsdən öldürülməsində və qanunsuz silah əldə etmək və daşımaqda qiyabi olaraq təqsirli bilib və 14 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb. Rəşid Kanci-Oqli İnterpolun qırmızı sirkulyasiyası ilə axtarışa verilib, lakin o, indiyədək həbs olunmayıb.
Rusiya prezidenti Vladimir Putinin qərarına əsasən, 2019-cu il iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinin Gürcüstana birbaşa uçuşlarına qoyulan qadağa qaldırılıb. Bundan əlavə, Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, humanitar nöqteyi-nəzərdən bu, “çox müsbət, təqdirəlayiq” qərardır.
Hazırda Mülki Aviasiya Agentliyi Rusiyanın “Azimut” (Azimut Airlines) və “Red Wings” aviaşirkətlərinə Rusiya ilə Gürcüstan arasında uçuşlar həyata keçirməyə icazə verib. “Azimut” həftədə yeddi dəfə Moskva-Tbilisi-Moskva, “Red Wings” isə həftədə üç dəfə Soçi-Tbilisi-Soçi və Moskva-Kutaisi-Moskva istiqamətlərinə uçacaq. Gürcüstanın “Georgian Airways” şirkəti Tbilisi-Moskva-Tbilisi marşrutu üzrə uçuşlar üçün icazə istəyib və alıb.