“Müsbət və təqdirəlayiqdir” - Ğaribaşvili Putinin qərarı haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstanla viza rejiminin ləğvi ilə bağlı dünənki qərarını müsbət qiymətləndirir və təqdir edir.

“Rusiya Federasiyasının qərarına əsasən, vizasız rejimlə vətəndaşlarımızın Rusiyaya getməsi üçün artıq vizaya ehtiyac qalmayacaq. Bizə dəfələrlə dilə gətirmişik və bu faktdır ki, Rusiyada bir milyon etnik gürcü, bizim həmvətənlilərimiz yaşayır, onların burada ailə üzvləri, qohumları, yaxınları var və təbii ki, onların gediş-gəlişini, səyahətini, yaxınlarını gəlişini və s. asanlaşdırmaq çox vacibdir. 

Mən hamıya demək istəyirəm ki, bu, təbii ki, humanitar nöqteyi-nəzərdən çox müsbət, təqdirəlayiq qərar idi və belədir. Vətəndaşlarımızın həyatını, gediş-gəlişini və biznesini asanlaşdıracaq hər şey və hər bir qərar, şübhəsiz ki, müsbətdir və təqdirəlayiqdir”, - Ğaribaşvili jurnalistlərə bildirib.

Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpasına gəlincə, baş nazirin sözlərinə görə, uçuşlar yalnız sanksiyaya məruz qalmayan aviaşirkətlər və təyyarələr tərəfindən yerinə yetiriləcək.

“Rusiya ilə birbaşa hava əlaqəsi... Mən bir neçə böyük, iri ölkələrin adını çəkəcəyəm: Çin – supergüc; Türkiyə - bizim dostumuz, qonşu ölkə və böyük iqtisadiyyata malik nəhəng dövlət, NATO üzvü və artıq Avropa Birliyinə namizəd statusuna malik ölkə; Əmirliklər; Amerikanın bir nömrəli strateji tərəfdaşı olan və həqiqətən də bir çox cəhətdən mənim üçün örnək olan İsrail, çünki onlar bütün dövlətlərə münasibətdə öz milli siyasətlərini həmişə izləyir və həyata keçirirlər; Qonşuluqda - Azərbaycan, Ermənistan.

Biz artıq gördük ki, şirkətlər uçuşlara başlamaq və həyata keçirmək istəklərini ifadə ediblər. Bizim mövqeyimiz birmənalıdır - təbii ki, sanksiyaya məruz qalmış təyyarələrlə heç bir uçuş həyata keçirilməyəcək. Bu, sadəcə sanksiya olunmamış şirkətlər və təyyarələrlə baş verəcək. Məncə, bununla bağlı heç bir problem yoxdur.

Mən Azərbaycanda olarkən dostumuz, prezident Əliyev mənə dedi ki… söhbət iqtisadiyyatdan düşdü və o, həftədə 130, İsraildə 100-dən çox uçuş həyata keçirildiyini və s. dedi. Mən dostlarımızı, Avropada və hər yerdə həqiqi dostlarımızı əmin etmək istəyirəm - bu, iqtisadi və ticarət əlaqələridir. Biz əvvəldən, Ukraynadakı müharibə, bu bədbəxtlik başladıqdan bəri deyirik ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcəyik, çünki bununla, öz vətəndaşlarımızı böyük problemlərə salacağıq və öz biznesimizə zərər verəcəyik.

Rusiya ilə ticarətin bərpası məhz bizim hökumətimizin hesabınadır. Əvvəlki hakimiyyət də buna can atırdı, hər şeyi edirdilər, keçmiş prezident Saakaşvili rusiyalı turistlərlə şəxsən görüşürdü. Bu qərar bizə məlum olanda dünən və bundan əvvəl çoxlu açıqlamalar eşitdik, amma heç bir tədbir görülmədi, təbii ki, komanda daxilində müzakirə apardıq, bunu təhlil etdik və dedik: sanksiya olunmamış təyyarələr ilə uçuşlar, çox sadə şəkildə izah etsək, ticarət və iqtisadi əlaqələrin tərkib hissəsi, əsas deyil, kiçik bir komponentdir. Rusiya ilə ticarətimiz, təxminən, ən çox bir milyard dollardır. Avropa misalında nə baş verir?! Avropa İttifaqının Rusiya ilə dörd gündə etdiyi ticarəti, ölkəmiz bir  il ərzində edir. Bu uçuşları, Rusiya ilə ticarət və iqtisadiyyatı bəyənməyən Avropa İttifaqı... Keçən il müharibə zamanı Avropa İttifaqından Rusiyaya 270 milyard dollar, az qala 300 milyard dollar gəlir daxil olub”, - İrakli Ğaribaşvili qeyd edib.

2000-ci ildən qüvvədə olan Gürcüstanla birtərəfli viza rejimi Vladimir Putinin fərmanı ilə ləğv edilib. Mayın 15-dən Gürcüstan vətəndaşları diplomatik, xidməti, şəxsi, işgüzar, turistik, humanitar məqsədlər, eləcə də qısamüddətli təhsil üçün vizasız [hər 180 gündən 90 günədək] sərhəd-keçid məntəqələri vasitəsilə Rusiya Federasiyasının ərazisinə daxil ola və orada qala biləcəklər. Bundan əlavə, Rusiya ilə Gürcüstan arasında 2019-cu ilin iyul ayından dayandırılan birbaşa hava əlaqəsi bərpa olunacaq. Rusiya Xarici İşlər Nazirliyi üç il əvvəl öz vətəndaşlarına verdiyi Gürcüstana səfərdən çəkinmək tövsiyəsini artıq ləğv edib.

Prezident Salome Zurabişvili İrakli Ğaribaşvilidən fərqli fikirdədir. Onun sözlərinə görə, Rusiya bütün dünya üçün təcavüzkar və Gürcüstan ərazilərinin işğalçısı olduğu müddətcə belə bir jest vaxtsız və qəbuledilməzdir. O, Putinin qərarını Gürcüstan hökumətinə böyük problemlə qarşı-qarşıya qoyan növbəti rus təxribatı adlandırıb.

საქართველოს ამბები
საქართველოს ამბები
დამოუკიდებელი, საზოგადოებრივ-პოლიტიკური ონლაინგამოცემა. ვებგვერდს მართავს შპს საქართველოს ამბები.