Suriya prezidenti Bəşər Əsəd Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın de-fakto xarici işlər naziri İnal Ardzinbaya “Abxaziya Respublikasının dövlət suverenliyinin ərəb dünyası ölkələri tərəfindən tanınmasının genişləndirilməsi üçün hər cür səy göstərəcəyi”nə söz verib. Məlumatı “Apsnipress” xəbər agentliyi de-fakto Abxaziyanın Xarici İşlər Nazirliyinin media mərkəzinə əsaslanaraq yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bəşər Əsəd və İnal Ardzinba Rusiya Federasiyasının Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatı dəstəklədiklərini bildiriblər və ABŞ-ın Yaxın Şərqdə, Zaqafqaziyada və dünyanın digər regionlarında münaqişələrə başlamaq barədə hərəkətlərini və cəhdlərini pisləyiblər.
Tərəflər həmçinin İsrailin Suriyanın mülki infrastrukturuna aviazərbələr endirməsini pisləyiblər. Abxaziyanın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının (Qolan təpələrinin işğaldan azad edilməsinə dair) qətnamələrinin yerinə yetirilməsinin vacibliyini qeyd edib. O, həmçinin Qəzza zolağında humanitar fəlakətə səbəb olan Qərbin kollektiv hərəkətlərini pisləyib.
Tərəflər Rusiyanın daha ədalətli beynəlxalq münasibətlər sistemi qurmaq və qlobal iqtisadiyyat və siyasətdə çoxqütblü tendensiyaları gücləndirmək səylərini qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Prezident Bəşər Əsəd deyib ki, “Abxaziya ilə Suriya arasında təhsil, tələbə mübadiləsi və elmi əməkdaşlıq sahəsində qarşılıqlı əlaqənin gücləndirilməsi vacibdir. Onlar Abxaziya və Suriya iqtisadiyyatının inkişafı üçün xarici investisiyaların cəlb edilməsini müzakirə ediblər”.
İnal Ardzinba Suriya prezidentinə Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniyanın ölkədə əlverişli investisiya mühitinin yaradılması istiqamətində göstərdiyi səyləri təqdim edib. Rus və Belarus investorlar ilə Abxaziya-Suriya birgə işinin aktuallığı qeyd edilib.
Bəşər Əsəd gələn il Abxaziyaya səfər etmək üçün dəvət alıb.
Suriya 2018-ci ilin mayında işğal olunmuş Abxaziya və Cənubi Osetiya “respublikaları”nın müstəqilliyini tanıyıb. Suriya ilə yanaşı, de-fakto respublikanı Rusiya Federasiyası, Nikaraqua, Nauru və Venesuela da tanıyıb.
Abxaziyanın de-fakto hökuməti 2020-ci ilin oktyabrında Dəməşqdə “səfirlik” açıb. Gürcüstan Xarici İşlər Nazirliyi qondarma səfirliyin açılmasını pisləyib və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulduğunu bəyan edib.