“Bu gün səhər saatlarında xəstənin çəkisi 69,7 kiloqram idi, amma belə davam edərsə, sabah 68, o biri gün 65 olacaq. O, köməkçi vasitələrlə hərəkət edir, əsasən uzanıqlı vəziyyətdə olur”, - “Vivamed” klinikasının klinik direktoru Zurab Çxaidze Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Çxaidzenin sözlərinə görə, Mixail Saakaşvili gedən proseslərdən narazıdır və son günlər qida qəbulunu azaldıb.
“Biz həmişə onun tövsiyə olunan miqdarda yemək yeməməsindən danışmışıq. Bu son günlərdə, xüsusən dünəndən sonra o, qida qəbulunu tamamilə azaldıb, qida əlavələri qəbul etməkdən imtina edib və klinika onun sağlamlığının yaxşılaşdırılması, həyati funksiyalarının saxlanması üçün hər şeyi etdiyinə görə infuziya terapiyası təklif olunub, bu bədəni üçün, orqanlarının işləməsi üçün lazımdır ki, heç bir fəsad baş verməsin, lakin o, qəti şəkildə imtina etdi bundan. Sizə demək istəyirəm ki, belə davam edərsə, təbii ki, onun vəziyyəti daha da pisləşəcək.
Mən ailə üzvlərinə, xanım Giuliyə müraciət etmək istərdim ki, bəlkə həmin şəxsi inandırsınlar ki, müalicəyə, həkimlərin tövsiyələrinin yerinə yetirilməsinə tabe olsun. Başqa bütün hallarda bu ölümcül nəticələrə səbəb ola bilər”, - Çxaidze jurnalistlərə bildirib.
Mixail Saakaşvili yemək qəbul etmir, yoxsa qəbul edə bilmir sualına “Vivamed”in rəhbəri “qəbul etmir” şəklində cavab verib:” Qəbul etdiyi yeməklərin miqdarını da azaldıb. Daha əvvəl vurğulayırdıq ki o, uyğun olduğu qədər yeməyi qəbul edirdi. Yəni udma funksiyasında heç bir çətinlik, heç bir problem, maneə yoxdur. Özü mövcud proseslərdən narazı olduğunu bəyan edir və vəziyyətini daha da ağırlaşdırmaq üçün etirazını bu şəkildə bildirir və sonra isı həqiqətən reanimasiya şöbəsinə köçürüləsi ola bilər”.
Zurab Çxaidzenin sözlərinə görə, yanvarın 24-də Mixail Saakaşvilidə təsdiqlənən koronavirus onun qida qəbuluna maneə deyil. Həkim deyir ki, keçmiş prezidentdə yüngül kovid forması var və "bu mərhələdə əlavə oksigen təchizatına belə ehtiyac yoxdur".
2022-ci ilin may ayından Mixail Saakaşvili müalicə üçün Xüsusi Penitensiar Xidmətin kontraktçı klinikası olan “Vivamed”ə yerləşdirilib. “Empatiya” Mərkəzinin və Beynəlxalq Tibbi Ekspert Komissiyasının rəyinə əsasən, Saakaşvili həbs olunana qədər praktiki olaraq sağlam idi, lakin indi koma və ölüm gözlənilir. Ekspertlərin fikrincə, Saakaşvili diaqnoz və müalicə üçün təcili olaraq ABŞ və yaxud Avropa İttifaqının üçüncü dərəcəli universitet çoxprofilli klinikasına köçürülməlidir.
Dekabrın 1-də vəkillər Saakaşvilinin cəzadan azad edilməsi və ya cəzaçəkmənin təxirə salınması barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət ediblər. Məhkəmə iki aya yaxındır ki, işə baxır və hələ də qərar qəbul etməyib.
Ukrayna vətəndaşı olan Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə seçkilərinə bir gün qalmış həbs edilib. Saakaşvili təqsirli bilinir və parlament üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili, həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasına basqın etmək, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur. Üçüncü prezident özünü təqsirli hesab etmir və ittihamların siyasi motivli olduğunu deyir.