Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Fransanın “Airbus Helicopters” şirkəti ilə 3 ədəd yeni “H145” tipli helikopterin alınmasına dair müqavilə imzalayıb. Nazirliyin məlumatına görə, Airbus şirkəti ilə bir neçə aylıq danışıqlardan sonra layihənin ümumi dəyəri təxminən 26 milyon 500 min avro təşkil edir. İlk helikopter Gürcüstan tərəfinə müqavilə imzalandıqdan 17 ay sonra təhvil veriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Müqavilənin şərtlərinə görə illər əvvəl yüksək vəzifəli şəxslər üçün alınmış AS332 L1e S/N 2833 (Super Puma) helikopterini Gürcüstan tərəfi “Airbus Helicopters” şirkətinə təhvil verəcək. Sözügedən helikopterin özəlləşdirilməsi nəticəsində dövlət yeni helikopterlərin alınması zamanı 5 milyon 500 min avro qənaət edəcək”, - Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
"H145" polis, nəqliyyat, axtarış və xilasetmə funksiyalarını yerinə yetirə bilən çoxməqsədli helikopterdir. Yeni helikopterlər yanğınsöndürmə və dağ-xilasetmə avadanlıqları ilə tam təchiz olunacaq. Onların 2 mühərriki var ki, bu da uçuş təhlükəsizliyini artırır. Bu tip helikopter yüksək hündürlükdə işləmək və manevr etmək qabiliyyəti ilə seçilir, hansı ki, Gürcüstanın dağlıq relyefi nəzərə alınmaqla, mövcud tapşırıqlara tam uyğun olacaq.
“H145” Almaniya, İsveçrə, Fransa, Kanada və digər ölkələrdə polis və təcili yardım xidmətləri tərəfindən istifadə edilən ən yeni “Airbus” modellərindən biridir.
Daxili İşlər Nazirliyində imzalanmış müqaviləyə əsasən ilk helikopter müqavilə imzalandıqdan sonra 17 ay ərzində Gürcüstan tərəfinə təhvil veriləcək və hər üç aviasiya avadanlığı 20 ay ərzində Gürcüstanda tam uçuş vəziyyətində olacaq. Müqaviləyə yeni helikopterlərin alınması ilə yanaşı, pilot və mühəndis hazırlığı, ehtiyat hissələri və 3 illik zavod zəmanəti daxildir.
İyulun 29-da Qudauridə xilasetmə əməliyyatı zamanı sərhəd polisinə məxsus Mi-8 helikopteri qəzaya uğrayaraq partlamışdı. Helikopterin göyərtəsində 4 ekipaj üzvü, 2 xilasedici və 2 tibb işçisi var idi. Helikopterdə olan 8 nəfərin hamısı həlak oldu. Həmin helikopterin köməyi ilə Qudauridə paraplançı və onu müşayiət edən şəxsin xilasetmə əməliyyatı gedirdi. Şahidlərin çəkdiyi videoda helikopterin əvvəlcə quyruğunun zədələndiyi, bir neçə saniyə ərzində qopduğu, sonra isə idarəetməni tamamilə itirdiyi görünürdü. Qəzadan sonra baş verən partlayış nəticəsində helikopter tamamilə yanmışdı.
Gürcüstanın heç bir xüsusi xilasedici helikopteri yoxdur. Sərhəd polisinin helikopterləri təkcə dağlıq ərazilərdə sərhədçiləri daşımaq üçün deyil, həm də fövqəladə hallarda - xilasetmə əməliyyatları və meşə yanğınlarının söndürülməsi üçün istifadə olunur.