Sərhəd polisinə məxsus “Mi-8” tipli helikopter Kazbegidəki meteostansiyada qəza vəziyyəti yaşayıb. Eniş etmək istəyərkən helikopterin ön şassisi ilə yerə toxunsa da, o havaya qalxmağı bacarıb. Hadisə iyunun 26-da baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəyə külək kütlələrinin sürətlə və aşağıya doğru qəfil hərəkəti səbəb olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sərhəd polisi helikopteri buzlaqda polşalı xilasedicilərə kömək etmək üçün olub.
“Aşağı enən hava kütlələrinin dəyişkənliyi nəticəsində helikopterinin ön şassisi yerə dəyib, bu da uçuş aparatının amortizasiyası ilə nəticələnib, lakin təcrübəli və peşəkar pilotlar helikopteri sabitləşdirməyə, ikinci dövrə vurmağa, buzlaqlardan Tbilisi hava limanını istiqamətində uçmağa və Sərhəd Polisinin Xüsusi Təyinatlı Aviasiya İdarəsinin bazasına təhlükəsiz eniş etməyə müvəffəq olublar”, - nazirliyin bu gün yaydığı məlumatda deyilir.
Bir il əvvəl, Qudauridə “Mi-8”in iştirakı ilə xilasetmə əməliyyatı faciə ilə sonlanıb. 29 iyul 2022-ci ildə Sərhəd Polisi helikopterinin köməyi ilə paraşütçülərin xilasetmə əməliyyatı davam edərkən helikopter qəzaya uğrayaraq partlamışdı. Təyyarəni göyərtəsində 4 ekipaj üzvü, 2 xilasedici və 2 tibb işçisi olub və qəza nəticəsində onların 8-i də dünyasını dəyişib. Helikopteri təcrübəli pilot Zaza Loria idarə edib. Ekipaj üzvləri arasında Dimitri Kaadze, Levan Çoxeli və Andro Kucoşvili də olub. Təyyarədə təcili tibbi yardım mərkəzinin həkimləri Ketevan Qulağaşvili, Qiorqi Venetski, xilasedicilər Qiorqi Marqiani və Kaxa Torçinava olub.
Hadisə şahidləri tərəfindən çəkdilən videoda qaya ilə toqquşmadan sonra helikopterin quyruq vintinin zədələndiyi, bir neçə saniyə ərzində tamamilə silkələndiyi, daha sonra helikopterin idarəetməni itirdiyi görünür. Qəzadan sonra partlayış nəticəsində helikopter tamamilə yanıb. Helikopterin qəzaya uğramasına səbəb kimi helikopterin mümkün nasazlığı göstərilib, Daxili İşlər Nazirliyi bunu təkzib edib və bildirib ki, Sərhəd Polisi helikopterindəki köhnə quyruq vintləri 2022-ci ilin mart ayında beynəlxalq aviasiya təhlükəsizliyi qaydalarına əsasən və bu qaydalara tam riayət etməklə yeniləri ilə əvəz edilib.
Hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı istintaqa Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə başlansa da, ictimaiyyət üçün istintaqın gedişi barədə heçnə məlum deyil.