Gürcüstan prezidenti Salome Zurabişvili “Mtavari Arxi” teleşirkətinin baş direktoru Nika Qvaramianın əfv olunması ilə bağlı bildirib ki, ona qarşı heç bir şəxsi inciklik yoxdur və bu məsələ açıqdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Şəxsi heçnə yoxdur, yox. İnciklik siyasət kateqoriyası deyil, şəxsi münasibətlər kateqoriyasıdır. Əgər incikliyiniz varsa, bu vəzifədə olduğunuz müddətdə onu bir kənara qoymalısınız. Prezidentin şəxsi incikiliyi ola bilməz və düşünürəm ki, məndə artıq bunun üç nümunəsi var idi - Okruaşvili, Rurua, Uqulava.
Ona görə də bu açıq məsələdir. Bu işdə yeganə məhdudiyyət tamamlanmamış tövsiyələr və ya təzyiqlər, hətta avropalı parlamentarilərin qətnamələridir. Mən onlara birbaşa dedim, biz balaca ölkəyik, amma bu o demək deyil ki, onlar bunu öz üzərlərinə götürsünlər və şəxsən mənə mesaj olsun, ki gəlin kimisə əfv edin. Ona görə də heç kimin heç bir ölkəyə qarşı bunu etməyə haqqı yoxdur, çünki o, heç də başqalarından az olmayan dərəcədə bərabərhüquqlu ölkədir və prezidentin ixtiyarı prezidentin ixtiyarıdır . Bu, azad qərar olmalıdır”, - Zurabişvili “Pirveli” telekanalına müsahibəsində bildirib.
Salome Zurabişvili qeyd edib ki, o, prezidentdən əfv istəmədiyini söyləyən Nika Qvaramianın mövqeyinə hörmətlə yanaşır.
Salome Zurabişvili jurnalistin Avropa Komissiyasının 12 bəndlik tövsiyələrinin icrası zamanı prosesdə hansısa rqolun olmadığını görsə, əfv qərarını qəbul edəcək ya yox sualına Salome Zrabişvili belə cavab verib: “Siz hələ də mənə dedirdib “yoxsa” da dayanmağımızı istəyirsiniz. Buna efirdə cavab vermək fikrində deyiləm, çünki bu ixtiyari hüquq qorunmalıdır. Bunu sizdən nəsə gizlətmək istədiyim üçün etmirəm. Həmçinin, digər məhbuslara qarşı da, biz tez-tez unuduruq ki, o qədər də ön planda olmayan və problemləri siyasi səhnədə müzakirə olunmayan başqaları da var və onlar da hər şeyi izləyirlər. Ona görə də çox diqqətli olmaq lazımdır. Deyirəm ki, bir şeyi əvvəlcədən danışmaq və ya nə edib, nə etməyəcəyinizi izah etmək başqalarına qarşı çətin ola biləcək bir şeydir, əks halda nə edəcəm - bu barədə nə hə demirəm, nə də yox. Bunu sizə lazım olanda deyəcəyəm”.
“Mtavari Arxi”ın təsisçisi və baş direktoru Nika Qvaramia 2022-ci il mayın 16-da Tbilisi Şəhər Məhkəməsində hakim Laşa Çxikvadzenin hökmü elan edildikdən dərhal sonra həbs edilib.
Noyabrın 2-də Tbilisi Apellyasiya Məhkəməsinin hakimləri Merab Jorbenadze, Lavrenti Mağlakelidze və Davit Mamiseişvilidən ibarət kollegiyası Qvaramianı həbsdə saxlayıb və eyni cəzanı tətbq edib- 3,6 il müddətinə azadlıqdan məhrum etmə, lakin, məhkəmə birinci hökmü qismən dəyişib.
Qvaramia, xüsusilə "Rustavi 2"-yə məxsus avtomobildən şəxsi məqsədlər üçün istifadə etdiyinə görə (vəzifə səlahiyyətlərindən sui-istifadə) həbs edilib, çünki Tbilisi Şəhər Məhkəməsi 16 may 2022-ci il tarixli hökmü ilə onu ittihamın ikinci epizodunda- “Rustavi 2”yə 6 763 509 lari ziyan vurması hissəsində 50 min lari məbləğində cərimə tətbiq edib. Apellyasiya məhkəməsi Qvaramiaya qarşı qəbul edilən təqsirli bilinmə hökmünu bu hissədə dəyişərək, ona 6 763 509 lari ziyan vurmaq epizoduna görə də həbs cəzası tətbiq edib.
Avroparlamentarlar dəfələrlə Salome Zurabişvilini Nika Qvaramianı əfv etməyə çağırıblar. Liberal partiyaların alyansı ALDE bildirib ki, Gürcüstanın Avropa yolunda ilk addımı Qvaramiyanın azadlığa buraxılmasıdır.
2022-ci ilin sonunda Qvaramiyanın işi Assosiasiya Sazişinin icrası ilə bağlı hesabata da daxil edilib. Avropa Parlamenti Apellyasiya Məhkəməsinin Qvaramiyaya qarşı təqsirli bilinmə hökmünu qüvvədə saxlamasından narahatlığını bildirirdi.