Saakaşvilinin çəkisi 67,2 kiloqrama düşüb, ağırlaşmağa doğru tendensiya var - "Vivamed" klinikasının həkimi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Xüsusi Penitensiar Xidmətin kontraktçı klinikası “Vivamed”in həkimləri eks-prezident Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı brifinq keçirib. Saakaşvili 9 aydan çoxdur ki, bu klinikadadır. Onun həkimi Tamar Davaraşvili bildirib ki, Saakaşvilinin 20 fevral tarixində çəkisi 67,2 kiloqram idi və ağırlaşmağa doğru meyl var.

“Çox zəifləyib, uzanıqlı vəziyyətdədir. Əzalarında ağrı var, çox əziyyət çəkir. Biz hər cür kömək edirik, amma bu ağrı hələ də qalır. Ən acınacaqlısı odur ki, pəhriz balanssız olaraq qalır, lakin o, bu balanssız qidanı qəbul edir və həqiqətən də fayda verir. Çox nadir hallarda qusma və ya ürəkbulanma müşahidə olunsa belə. Hər gün onunla və anası ilə danışaraq bu vəziyyətdən çıxartmağa çalışırıq. Xəstənin vəziyyəti pisləşirsə, növbəti mərhələ reanimasiya olacaq. Dünən vəkilinə də dedim ki, vəziyyəti reanimasiyaya doğru aparmayın”, - Davaraşvili bildirib.

Müalicə edən həkimin sözlərinə görə, Saakaşvilinin səhhətinin pisləşməsi və arıqlaması oktyabrda başlayıb:

“Payızdan bəri protein əlavələrinin qəbulu ilə bağlı danışıram, çünki əzələ toxumasının atrofiyasının da getdiyini görmək olar. Xəstə ağlı başındadır, sərbəst şəkildə kontaktda olur və biz nə edə bilərik? Bizim hüququmuz yoxdur və güclə nə edə bilərik? Oktyabr ayına qədər xəstə bəlkə də yüksək kalorili olmasa da, müxtəlif yeməklər qəbul edirdi. Buna şorbalar, yağlı sendviçlər, kürü və balıq daxil idi, amma artıq buna nail ola bilmirik. Ona görə də belə bir azalma var”.

Endokrinoloq-dietoloq Sopo Mebuke qeyd edib ki, Saakaşvili “Vivamed”də qaldığı 9,5 ay ərzində ümumilikdə 37 kiloqram arıqlayıb. Onun sözlərinə görə, xəstənin enerji balansı hər gün mənfi rejimdədir. Bu o deməkdir ki, o, üç-dörd dəfə çox kalori alır ki, bu bədənin normal işləməsi üçün lazımdır və hətta daha azdır, nə də çəkinin saxlanması üçün tələb olunan qədərdir.

“Əsas aparıcı simptom iştahın azalmasıdır, lakin müvafiq klinik-laboratoriya və yüksək texnoloji tədqiqatlar nəticəsində hər hansı üzvi mənşəli iştahsızlığın səbəbi istisna edilib, bu da o deməkdir ki, bu, xəstənin subyektiv və ya psixo-emosional fonunda inkişaf edən iştahın azalması fenomenidir, hansı ki, özünün də qeyd etdiyi kimi, azadlıqdan zorla məhrum etmə anından özünü göstərib”, - qeyd edir Sopo Mebuke.

“Niyə Mixeil Saakaşvili lazımi miqdarda kalori almaqdan imtina edir?” - sualına “Vivamed”in klinik direktoru Zurab Çxaidze xəstənin "indiki şərtlərlə tam uyğunsuzluğunun olduğuna görə” şəklində cavab verib. “Xəstənin özü yalnız azadlığa çıxdıqda tövsiyələrə əməl edəcəyini söyləyir”, - Çxaidze qeyd edir.

“Vivamed” direktoru, Xalq müdafiəçisi tərəfindən yaradılan həkim üzvlərinin qiymətləndirilməsinə də münasibət bildirib, belə ki, Mixeil Saakaşvilinin vəziyyəti onların axrıncı görüşündən, dekabrın 4-dən sonra daha da pisləşib: 

“Konsiliumun bütün həkim üzvlərinə qarşı ehtiramı təsdiqləyə bilərəm. Onların işlərində həqiqətən mütəxəssislərdir, ancaq bizdə suallar yaranıb və belə bir fikrimiz var: Konsilium ümumiyyətlə xəstəni görmək üçün həkimlərin düşüncələrini və son araşdırmanın nəticələrini bölüşmək deməkdir, müalicə edən həkimlərin fikirləri nəzərə alınmalıdır, bizim fikirlərimiz nəzərə alınmalıdır ki, bir ortaq məxrəcə gələk və tövsiyyələr olsun. Konsilium tərəfindən nə ilk halda nə də ki, axrıncı halda belə bir şey olmadı. Nə analiz nəticələrinə baxılıb, nə də ki, başqa instrumental tədqiqat nəticələrinə. Klinikanın pilləkənlərində bəzi yeni diaqnozlar üzərində bəyanatlar vermək ki, “məncə, mədə parezi var” - nəyin əsasında? Tədqiqatın nəticələri ilə maraqlanmaları və fikrimizi eşitmələri üçün daha çox onlarla əməkdaşlıq etmək istəyirdik”. 

Brifinqə Mixeil Saakaşvili münasinət bildirib. Onun “Facebook” səhifəsində yayımlanan postda qeyd edilir ki, “Vivamed” klinikası həkimlərinin dediklərində doğru olan sadəcə o idi ki, vəziyyət ağırdır, sürətlə pisləşir və “praktiki olaraq klinika heç nə edə bilmir”. 

Qalan hər şey yalan idi. Bu klinikada mənim əsas xəstəliklərimin müalicəsinə yox dedilər, ağır metallarala zəhərlənmə, anoreksiya və kaxeksiyanın müalicəsinə. Heç kim mənimki kimi həyat istəməz! İstəyirəm Ukraynanın qələbəsinə özümü çatdıram, bu qələbə bir əlçatımlıqdadır və bütün Putinistlərin sonudur.

Biz mənim qətlimin xüsusi əməliyyatının bitmə mərhələsindəyik və "millət vəkilləri", "jurnalistlər", indi də klinikada iştirak edir bunda. Mən Gürcüstan və dünyaya səslənirəm ki, bu cinayət korporasiyasına pis niyyətlərini yerinə yetirmək hüququ verməsinlər”, - deyə qeyd edib Saakaşvili.

Fevralın 6-da Tbilisi şəhər məhkəməsinin hakimi Qiorqi Arevadze iki aylıq dinləmədən sonra Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin vəkillərinin onun səhhətinə görə cəzadan azad edilməsi və ya onun təxirə salınması barədə vəsatətini təmin etməyib və sabiq prezidenti həbsdə saxlayıb. Saakaşvilinin sərbəst buraxılması və təxirə salınması tələbi Empatiya Mərkəzinin və Beynəlxalq Tibbi Ekspert Komissiyasının hesabatına əsaslanır, bu rəyə əsasən, Saakaşvili həbs olunana qədər praktiki olaraq sağlam idi, lakin indi koma və ölüm gözlənilir. Ekspertlərin fikrincə, Saakaşvili diaqnoz və müalicə üçün təcili olaraq ABŞ və yaxud Avropa İttifaqının üçüncü dərəcəli universitet çoxprofilli klinikasına köçürülməlidir. Hüquqşünaslar qərarı Apelyasiya Məhkəməsinə şikayət ediblər.

Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə seçkilərinə bir gün qalmış həbs edilib. Saakaşvili təqsirli bilinir və parlament üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili, həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasına basqın etmək, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 milyon 24 min 367 lari mənimsəməkdə ittiham olunur. Üçüncü prezident özünü təqsirli hesab etmir və ittihamların siyasi motivli olduğunu deyir.



Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur