Ukrayna prezidenti Volodimir Zelenski Mixeil Saakaşvilinin işi üzrə Avropa İnsan Haqları Məhkəməsinə edilən müraciət barədə rəy bildirib və deyib ki, “görünür, bu, onun həyatını xilas etməyin yeganə yoludur”. Zelenski Gürcüstanın keçmiş prezidenti haqqında aprelin 14-də videomüraciət zamanı danışıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İndi Mixeil Saakaşvilinin həyatı nəsə siyasi, şəxsi yox, təmiz və möhkəm hüquqi əsası olan tamamilə etik qərardan asılıdır. Əgər insanın tibbi yardıma ehtiyacı varsa, həyatı bundan asılıdırsa, bu addım zəruridir.
Bilirəm ki, Mixeilin vəkilləri onun lazımi rəftarını təmin etmək üçün fövqaladə surətdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Deyəsən, bu, onun həyatını xilas etməyin yeganə yoludur”, - deyə Zelenski bildirib.
Mixeil Saakaşvilinin vəkilləri Strasburq məhkəməsinə müraciəti ötən həftə ediblər. Vəkil Şota Tutberidzenin bildirdiyinə görə, təqdim olunmuş şikayət ərizəsində Avropa İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsi ilə qorunan hüquqların pozulması faktının müəyyən edilməsi və tədbirlər görülməsi tələb olunur. “Ümid edirik ki, biz Avropa Məhkəməsinə Mixeil Saakaşvilinin işi ilə bağlı yaranmış vəziyyəti göstərə biləcəyik – bir tərəfdən onun siyasi məhbus olduğunu, digər tərəfdən isə fərqi yoxdur, o hansı əsasla azadlıqdan məhrum olunub fakt budur ki, dövlət onu yavaş-yavaş öldürür və tezliklə hansısa növ müdaxilə həyata keçirilməsə, düzəldilməsi mümkün olmayan nəticə əldə edilə bilər”, - deyə vəkil bildirib.
Bundan əvvəl Tbilisi şəhər və apellyasiya məhkəmələri Mixeil Saakaşvilinin vəkillərinin məhbusun səhhətinə görə cəzadan azad edilməsi və ya onun təxirə salınması ilə bağlı vəsatətini təmin etməyib.
Ukrayna vətəndaşı olan Mixeil Saakaşvili artıq on birinci aydır ki, xüsusi penitensiar xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. Xalq Müdafiəçisi tərəfindən yaradılan mütəxəssis qrupunun qiymətləndirməsinə görəmütəxəssis qrupunun qiymətləndirməsinə görə, onun ağır sarkopeniyası (əzələ itkisi), arıqlaması və qan təzyiqinin kritik düşməsi var. Son hesabatda daha çox arıqlamanın xəstənin yataq xəstəsi olması ilə nəticələnəcəyi qeyd edilir. Nevroloq Tengiz Tsuladzenin sözlərinə görə, Mixeil Saakaşvilinin səhhəti ağırdır və onun həyatını xilas etmək üçün çox ciddi müdaxilələrə ehtiyacı var.
Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə, yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində həbs edilib. O, günahkar kimi bilinir və parlament üzvü Valeri Qelaşvilinin döyülməsində və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” teleşirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyası, Patarkatsişvilinin əmlakına qanunsuz yiyələnmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin məhbusu olduğunu deyir.