Samxarauli Ekspertiza Bürosunun rəhbəri vəzifəsinə Qiorqi Tvauri təyin edilib

PHŞ Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosuna Qiorqi Tvauri rəhbərlik edəcək. Baş nazir İrakli Kobaxidze bu gün onunla görüşüb və işində uğurlar arzulayıb.

Qiorqi Tvauri 2012-2019-cu illərdə Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunun rəhbəri vəzifəsini tutub. Hökumət administrasiyasının yaydığı məlumatda bildirilir ki, o, müxtəlif vaxtlarda Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin rəis müavini, Cəzaçəkmə, Probasiya və Hüquqi Yardım Nazirliyinin Milli Probasiya Agentliyinin direktoru və Cəzaçəkmə, Probasiya və Hüquqi Yardım Nazirliyinin Baş Müfəttişliyinin rəhbəri olub.

Baş nazir İrakli Kobaxidze dünən, avqustun 14-də verdiyi sərəncamla 2021-ci ilin martında keçmiş baş nazir İrakli Ğaribaşvili tərəfindən Milli Məhkəmə Ekspertizası Bürosunun rəhbəri təyin edilmiş Mamuka Canqulaşvilini vəzifəsindən azad edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur