“Gürcüstanın müstəqilliyi və suverenliyini məhdudlaşdırmağa yönəlmiş kobud cəhd” – “Gürcü Arzusu”nun siyasi şurası Amerika Birləşmiş Ştatlarının Gürcüstan demokratiyasının sarsıdılmasında məsul və iştirakçı olan şəxslərə, həmçinin onların ailə üzvlərinə qarşı viza sanksiyaları tətbiq etmək və Gürcüstanla ikitərəfli əməkdaşlığın “hərtərəfli nəzərdən keçirilməsinə” başlamaq qərarını belə qiymətləndirir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“ABŞ dövlət katibi Entoni Blinkenin adından, Gürcüstan hökumətinin nümayəndələrinə qarşı 2012-ci ildən bəri eşitdiyimiz və 2021-2022-ci illərdə xüsusilə intensivləşən anti-Gürcüstan ritorikasının davamı olan viza məhdudiyyətlərinin mümkünlüyü elan edilib. Gürcüstana qarşı şantaj və təhdid siyasəti təkcə strateji tərəfdaşlıq ruhuna deyil, həm də iki suveren dövlət arasında qurulmalı olan ümumi tərəfdaşlıq ruhuna ziddir.
Entoni Blinkenin adından verilən bəyanat və viza məhdudiyyətləri ilə şantaj Gürcüstanın müstəqilliyini və suverenliyini məhdudlaşdırmağa yönəlmiş kobud cəhddən başqa bir şey deyil ki, bu da Gürcüstanın iki gündən sonra milli müstəqillik gününü qeyd etməsi fonunda xüsusilə gülüncdür.
Bu, dünya siyasəti tarixində görünməmiş hadisədir ki, bir ölkənin rəsmi nümayəndəsi digər ölkənin deputatını sadəcə olaraq şəffaflıq qanununa səs verdiyinə görə sanksiyalarla hədələyir. Bu hadisə dünya siyasəti tarixinə boz hərflərlə yazılacaq.
“Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı heç kimin hər hansı arqument irəli sürə bilməməsi barədə heçnə demirik. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında, Fransada və ABŞ-ın heç bir sanksiya tətbiq etmədiyi bir çox başqa ölkələrdə oxşar qanunlar daha sərt formada qüvvədədi. Həmçinin belə bir qanun layihəsi Avropa İttifaqında fəal müzakirə olunur. Bundan başqa, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqında irəli sürülən qanun onun seçki kampaniyasının aparıcı xətti olacaq, çünki xarici təsirlər və müdaxilələr bu gün Avropa üçün ən böyük problemdir.
Buradaca qeyd etmək lazımdır ki, sanksiyaların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara şamil olunması nəinki Avropanın ötən əsrin 40-cı illərindən qəti surətdə imtina etdiyi, hətta 60-cı illərdən Sovet İttifaqında belə tətbiq olunmayan sanksiya formasıdır. Sivil dünyada bu, onilliklər ərzində yekdilliklə qəbul olunub ki, “subyektiv təqsirləndirmə” prinsipindən imtina, yəni sanksiyanın ailə üzvlərinə şamil olunması faşistik-bolşevik fenomenidir. İndi də bu sanksiya formasından Amerika Birləşmiş Ştatlarının rəsmi nümayəndəsi istifadə edir ki, bu da heyrət doğurur.
Lakin müvafiq qüvvələr Avropa komissarlarından biri vasitəsi ilə Gürcüstanın baş naziri ilə söhbətdə Slovakiyanın baş nazirinə qarşı törədilmiş terror aktnıı nümunə kimi gətirdikdə və bununla da Gürcüstan hökumətinin yüksək vəzifəli şəxslərini həyatlarını itirməklə şantaj etdikdə, viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı söhbətlər artıq gözlənilməz və təəccüblü deyil.
Onu da xatırladaq ki, bir neçə ay əvvəl heç bir əsaslandırma və fakt olmadan Blinkenin adından gürcü hakimlərinə də analoji viza məhdudiyyəti qoyulmuşdu, sonra isə onlar kinayə ilə bəyan etmişdilər ki, fakt təqdim etmək fikrində deyillər və məsələni biz özümüz araşdırmalıyıq. Viza məhdudiyyətlərinə baxmayaraq, məhkəmə sistemi düzgün işləməyə davam edir və bu qərar Gürcüstan məhkəmə sisteminin müstəqilliyinə təsir etməyib. Üstəlik, o vaxtdan bəri Strasburq məhkəməsi Gürcüstan məhkəməsinin ədalətli qərarlar qəbul etdiyini və ədalətə xidmət etdiyini dəfələrlə təsdiqləyib.
Onu da xatırladaq ki, bu gün Aİ-yə namizəd iki ölkənin - Serbiya və Bosniya-Herseqovinanın yüksək vəzifəli şəxsləri ABŞ tərəfindən sanksiyalara məruz qalıb, lakin hər iki ölkə Aİ-yə üzvlük prosesini davam etdirir və bununla bağlı heç bir maneə yoxdur.
Sonda bir daha açıq şəkildə bildirmək istərdik ki, biz ölkəmizin suverenliyini və təhlükəsizliyini alver etmək fikrində deyilik. Heç bir şantaj bizi ölkəmizə qarşı addım atmağa məcbur edə bilməz. Belə bir vəziyyətdə sanksiyalar yalnız əks-məhsuldar xarakter daşıyır və sanksiya tətbiq edənin özünə zərər verir. Müvafiq olaraq, biz hamını praqmatik hərəkət etməyə və münasibətlərin yaxşılaşdırılması üçün təsirli addımlar atmağa çağırırıq ki, bu da həm gürcü, həm də Amerika xalqının marağı daxilindədir”, - “Gürcü Arzusu” Siyasi Şurasının bəyanatında deyilir.
“Gürcü arzusu” tərəfindən “xarici agentlər” haqqında rus qanunun təsdiq edildikdən sonra Birləşmiş Ştatlar Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasətini qəbul etmək qərarına gəlib və bu siyasət Gürcüstanın demokratiyasını sarsıtmaqda məsul və iştirakçı olan şəxslərə, eləcə də onların ailə üzvlərinə şamil ediləcək. Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, 2024-cü ilin oktyabrında keçiriləcək seçkilərdən əvvəl, seçkilər zamanı və sonra da daxil olmaqla, Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirən hər kəs siyasət çərçivəsində ABŞ vizasından və ya ABŞ-a səfər imkanından məhrum edilə bilər. Bundan əlavə, Blinken ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayır.