Saqarecoda “Milli Hərəkat” üzvlərinə və jurnalistlərə hücum olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Saqarecoda təqaüdçülərlə görüş keçirən “Vahid Milli Hərəkat” üzvlərinə hücum edilib və daş atılıb. Hücumda “Gürcü Arzusu”ndan Saqareco bələdiyyəsinin Bələdiyyə Məclisi üzvləri, Meriya və başqa-başqa büdcə təşkilatları əməkdaşları, hakim partiyanın aktivistləri iştirak ediblər. Hücum planlı olub. Hücum edən şəxslər əvvəlcədən səfərbər edilib. Zorakılıq zamanı hadisə yerində xidmət vəzifələrini yerinə yetirən jurnalistlər daş-qalaq olunub. Polis hadisə yerinə qarşıdurma bitmək üzrə olarkən gedib.

Hücum edənlər arasından Saqareco meriyasının iqtisadi inkişaf və əmlakın idarə olunması xidmətinin rəhbəri Qiorqi Kurdovanidze, Bələdiyyə Məclisisnin “Gürcü Arzusu-Demokratik Gürcüstan” fraksiyasının sədri İvane Bejiaşvili və hakim partiyadan olan Bələdiyyə Məclisi üzvləri Qiorqi Mamisaşvili Vefxiya Ustiaşvilinin şəxsiyyəti müəyyən edilib.

“Bu gün Saqarecoda Saqareco Bələdiyyə Məclisinin, bütün Kaxeti Bələdiyyə Məclislərinin işçiləri və dövlət qulluqçuları səfərbər edilib və onlar birbaşa zorakılığa keçdilər. Daşlar atıldı, təhqirlər oldu, fiziki qarşıdurmalar oldu. Onlar cavablarını aldılar, amma bu, həll yolu deyil, bu normal vəziyyət deyil və buna görə də hökumət məsuliyyət daşıyır”, - “Vahid Milli Hərəkat”dan olan deputat Levan Bejaşvili bildirib.

Kaxeti Polis İdarəsinin direktoru Teymuraz Kalandadze hadisə yerinə gəlib. Onu Daxili İşlər Nazirliyinin digər regional bölmələrinin rəisləri müşayiət edirdi ki, bu da polisin gözlənilən zorakılıq barədə əvvəlcədən məlumatlı olduğunu, lakin bunun qarşısını almadığını göstərir. Kalandadzenin sözlərinə görə, cinayətkarların cəzalandırılması üçün “istintaq hər şeyi edəcək”.

Bir neçə gün əvvəl Kaspidə də “Milli Hərəkat”ın nümayəndələrinə hücum olub və tərəfdarları ilə keçirdikləri görüşlərini pozmağa cəhd ediblər. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze hadisəni “vətəndaş fəallığı” adlandırıb və hakim partiyanın hadisə ilə heç bir əlaqəsinin olmadığını deyib. Kaspidə baş verənlərlə bağlı heç kim saxlanılmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur