Gürcü rejissor Elene Naverianinin “Qırqovul, Qırqovul, Böyürtkən” filmi 29-cu Sarayevo kinofestivalının qalibi olub və ən yaxşı bədii film nominasiyasında “Sarayevo Ürəyi” əsas mükafatına layiq görülüb. Bundan başqa, eyni filmdə baş rolu ifa edən Ekaterine Çavleişviliyə də ən yaxşı qadın aktrisa mükafatı verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən, bu ürəyi bu gün çox çətin vəziyyətdə olan gürcü kinosuna, azad, senzurasız kinoya həsr etmək istəyirəm”, - Naveriani mükafatı aldıqdan sonra deyib.
“Qırqovul, Qırqovul, Böyürtkən” Tamta Melaşvilinin eyniadlı romanının ekran adaptasiyasıdır və İsveçrə Film Fondunun dəstəyi ilə lentə alınıb. Filmin baş qəhrəmanı Gürcüstanın kiçik kəndlərindən birində yaşayan və məişət malları mağazası işlədən 48 yaşlı Eterodur. O, evlənməyə qərarlıdır, azadlığından və çərəzlərindən zövq alır, qeybətsiz, sakit və rahat qocalığa hazırlaşır. Ancaq distribyutor kişi ilə gözlənilməz sevgi münasibəti onun planlarını poza bilər.
Film ilk dəfə 2023-cü ilin may ayında Kann Beynəlxalq Film Festivalının “15 Kinematoqrafçı” proqramında nümayiş olunub. Bu yaxınlarda “Qırqovul, Qırqovul, Böyürtkən” Avropa Film Akademiyası Mükafatının uzun siyahısında olub. Qaliblər 9 dekabr 2023-cü ildə Berlində keçiriləcək 36-cı Avropa Film Mükafatları mərasimində elan ediləcək.
1995-ci ildə əsası qoyulan Sarayevo Film Festivalı Avropanın ən böyük kinofestivallarından biridir. Bu kinofestivalda daha iki gürcü filmi iştirak edib - sənədli filmlərin müsabiqə proqramında rejissor Qiorqi Farkosadzenin ilk tammetrajlı “İlin Günləri Üçün Rekviyem” filminin premyerası olub. Bundan əlavə, festivalda Anna Dziapşipanın “Kənarda Avtoportret” sənədli filmi nümayiş olunub.