“Georgian Manganese”nin tətil edən işçiləri tələbləri yerinə yetirilənə qədər şirkətin şəhərdən manqan çıxarmasının qarşısını almaq üçün, sabahdan Çiaturada blokadalar qurmağa hazırlaşırlar. Bu barədə aksiya iştirakçılarından Merab Saralidze məlumat verib. Bundan başqa, tətilçilər bazar ertəsindən etibarən Tbilisidə etiraz aksiyalarına başlanılmasını elan edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sabahdan, artıq blokadalar quracağıq. Şəhərimizdən bir kiloqram manqan da çıxmamalıdır. Bu şəhərin sakinlərinin əksəriyyətinin maraq və tələbləri təmin olunanana qədər şəhərimizin sərvəti burada qalmalıdır. Effektiv addımlar atılmasa, sabahdan bunu etmək niyyətindəyik. Aksiya iştirakçılarının bir hissəsi bazar ertəsindən Tbilisiyə gedəcək. Yəqin ki, parlamentə yox, “Georgian Manganese”nin mərkəzi ofisinə gedib orada nümayiş keçirmək daha düzgün olardı. Oğlanlar ac qalmağa hazırdırlar. Təbii ki, Tbilisidəki aksiyaya bizim dostlarımız da qoşulacaqlar - buradan gedənlər və ya orada yaşayanlar, bizi dəstəkləyən və həqiqətimizə əmin olanlar”, - Merab Saralidze bildirib.
Saralidzenin sözlərinə görə, onlar Tbilisidə siyasi maraqları olan şəxsləri xaric etmək fikrində deyillər:
“İndiyə qədər siyasətdən tamamilə uzaq dururduq, hakimiyyətə etibarımızı göstəriridik, ümid edirdik ki, bizə kömək edəcəklər və ədalətli tələblərimiz yerinə yetiriləcək, siyasi maraqları olan insanlardan mümkün qədər xaric olurduq, amma Tbilisidə bu məsuliyyəti götürməyəcəyik.
Təsdiq edirəm, biz siyasi bəyanatlar verməyəcəyik, yalnız işimizdən danışacağıq, marağımız yalnız tələblərimizin yerinə yetirilməsidir, ancaq siyasi maraqları olan şəxslərə mübarizə elan edə bilmərik”.
Merab Saralidzenin sözlərinə görə, “Georgian Manganese” saxta Facebook səhifəsi vasitəsilə şaxtaçılar, o cümlədən onların maaşları haqqında yalan məlumatlar yayır.
“Yazırlar ki, şaxtaçının maaşı 2227 laridir. Əslində elə deyil. Şaxtaçının maksimum əmək haqqı 1750-1800 laridir. “Georgian Manganese” rəhbərliyi yalan məlumat yaymaq, bizimlə çirkin yollarla mübarizə aparmaq üçün pul ödəyir və ona məhsul yaradan, əslində pulu qazandıranlara gəldikdə pula heyfi gəlir.Bu insanları qane edib və maaşını verməyə heyfi gəlir”, - Saralidze bu gün deyib.
Çiaturada “Georgian Manganese” işçilərinin tətili 12-ci gündür ki, davam edir. Onlardan 10 nəfəri artıq 6-cı gündür ki, bələdiyyə evinin qarşısındakı çadırda aclıq aksiyası keçirir. Dünən iştirakçılardan biri etiraz əlaməti olaraq ağız nahiyəsini tikib. Şaxtaçıların 14 tələbi var ki, bunlardan ən vacibi əmək haqqının 40% artırılması və iş qrafikinin dəyişməz qalmasıdır.
İyunun 15-də “Georgian Manganese” tətil edən işçilərə etirazı dayandırmağı, işi bərpa etməyi və müavinət və mənəətlərini iş nəticəsində əldə olunan iqtisadi səmərəlilik əsasında təyin etməyi təklif edib. “Georgian Manganese”nin yaydığı bəyanata görə, şirkət maaşların artırılması və köhnə iş rejiminə qayıtmaqdan başqa, şaxtaçıların tələblərinin bütün məqamları ilə razılaşıb.