Şaxtaçıların tətilinin 11-ci günündə, Çiaturadakı aksiya iştirakçılarından biri Malxaz Saralidze etiraz əlaməti olaraq ağzını nahiyəsini tikib. Tətilçilər şəhərdə hər gün etiraz yürüşləri keçirir, on şaxtaçı isə beşinci gündür ki, aclıq aksiyası keçirir. “Georgian manganese” işçilərinin əsas tələbləri maaşlarının 40% artırılması və iş qrafikinin dəyişməz qalmasıdır ki, şirkət bununla razılaşmır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vasitəçi vasitəçilik prosesinə cəlb olunub, iki görüş keçirilib, lakin əsas tələblər yerinə yetirilmir. Bir şaxtaçı ağz nahiyəsini tikib, qalan bir çox şaxtaçı da bunu etmək qərarındadır. Biz hələlik bunu dayandırırıq, lakin narazılıq artır və bilmirəm nə vaxta qədər onları saxlaya biləcəyik. Dövlət bu prosesdə daha çox iştirak etməlidir.
Əgər onlar bizim səsimizi Çiaturadən eşitmirlərsə, şaxtaçıların bir hissəsi Tbilisiyə, parlament binasının qarşısına gedəcək və bu tələbləri orada qaldıracaqlar”, - aclıq aksiyası iştirakçısı, şaxtaçıMalxaz Saralidze deyir.
Xalq Müdafiəçisi Levan İoseliani dünən tətil edən mədənçilərlə görüşüb. “Tərəflər arasında razılığa gəlmək üçün mümkün olan hər şeyi edirik. Aksiya iştirakçıları radikal deyillər və müəyyən güzəştlərə getməyə hazırdırlar, bununla belə, onlar qarşı tərəfi öz tələblərini nəzərə almağa çağırırlar”, - İoseliani görüşdən sonra bildirib.
“Georgian Manganese”nin dünən yaydığı açıqlamaya görə, şirkət maaşların artırılması və köhnə iş rejiminə qayıtmaq istisna olmaqla, şaxtaçıların tələblərinin bütün məqamları ilə razılaşıb.
Şirkət, işçilərə etirazı dayandırmağı, işi bərpa etməyi və iş nəticəsində əldə olunan iqtisadi səmərəlilik əsasında müavinət və mənfəətlərini təyin etməyi təklif edib.
Tətildən əvvəl şirkət nümayəndələri şaxtaçılara bildiriblər ki, beynəlxalq bazarda məhsula tələbat azaldığından və qiymətlər aşağı olduğundan şirkət bu il məhsul ixrac etməyib.
“Georgian Manganese” bu il fevralın 1-dən, səbəbini ictimaiyyətə açıqlamadan manqan filizi mədənlərinin fəaliyyətini dayandırıb. Şirkət 3500-dən çox şaxtaçının əmək haqqının 60%-ni saxlayırdı. Dörd ay sonra, iyun ayında, mədənlərin işləməyə davam etməli olduğu vaxt isə, şirkət işçilərə dəyişdirilmiş şərtlər təklif edib.
Tətil edən şaxtaçıların hazırda 14 tələbi var:
- Əmək haqqının 40% artırılması (rəhbərliyə şamil edilmir);
- 1 fevral 2023-cü il tarixinədək mövcud olan qrafikin/planın qaytarılması;
- Bütün banklarda kredit faizlərinin hesablanmasının dayandırılması və ödənişin təxirə salınması, indiyədək hesablanmış vəsaitlərdən azad olunma;
- Sığortanın dəyişdirilməsi və şərtlərin yaxşılaşdırılması;
- İşçilərin məzuniyyətə çıxmasına icazə verilməsi;
- İşçilərə tezliklə işə başlamağa icazə verilməsi;
- Avadanlığın yenilənməsi/ təkmilləşdirilməsi / dəyişdirilməsi;
- Ərzaq payının yaxşılaşdırılması (məsələn, konservin götürülməsi və yenisi ilə əvəz olunması);
- Fevralın 1-dən əvvəl olduğu kimi işçilərə sanatoriyadan istifadəyə icazə verilməsi.
- Bülletendən istifadə edildiyi halda ödənişin 100%-lə həyata keçirilməsi.
- Bu il, iyunun 7-dən müəssisədə iş prosesinin bərpasına qədər buraxılmış günlərin 100%-lə ödənilməsi.
- Təhlükəsizliyə ən yüksək səviyyədə nəzarət edilməsi.
- Bütün MMC-lər ləğv olunması və onların yenidən bir şirkətdə birləşməsi.
- Şirkət açıq mədən üsulu ilə yeni əraziləri istismar edərkən, insan haqlarının beynəlxalq normalarının və Gürcüstan Konstitusiyasının tələb etdiyi kimi, bu məsələ ilə bağlı konkret kəndin əhalisi ilə razılaşmalı, yerli əhalinin mövqeyi nəzərə alınmalıdır. Mədənlərdən manqanın açıq yolla çıxarılması zamanı qanuna tam riayət edilməlidir, sağlam mühitdə yaşaması insanın konstitusiya hüququdur. Müvafiq olaraq, geoloji və ekoloji risk faktorları nəzərə alınmaqla atmosfer havasının çirklənməsinin keyfiyyətinə nəzarət edilməli, əgər hər şey norma daxilindədirsə, onda, humus təbəqəsi götürülməli, bioloji meliorasiya edilməli və yerli mədəniyyət üçün orijinal olan ağac və bitkilərin əkilməsi aparılmalıdır.
“Georgian Manganese” 2007-ci ildən Çiatur bələdiyyəsində manqan hasilatı ilə məşğuldur və lisenziyanın şərtlərinə görə, 2047-ci ilə qədər filiz hasilatı ilə məşğul olacaq. Lisenziya Çiatura və Saçxeredə 16 430 hektar əraziyə verilir. Müəssisənin sahibi ukraynalı milyarder İqor Kalomoyskiyə məxsus olan Lüksemburq Hersoqluğunda (ofşorda) qeydiyyatdan keçmiş “Georgian American Alloys”dur. Şirkətin təxminən 4%-nin sahibi isə “Gürcü Arzusu”na yaxın iş adamı, “Rija” ləqəbli Qiorqi Kapanadzedir. Hazırda şirkətin müşahidə şurasının sədri Kapanadzedir.
2013-2017-ci illərdə şirkət ətraf mühitə dəymiş ziyana görə 416 milyon lari məbləğində cərimə olunub. 2017-ci ildə ekoloji fəlakətdən qaçınmaq bəhanəsi ilə hökumət “Kalomoyski” şirkətinin mülkiyyət hüquqlarını məhkəmə yolu ilə məhdudlaşdırıb və şirkətə xüsusi menecer təqdim edib. “Georgian Manganese”də hələ də dövlətin idarə rejimi qüvvədədir.