“Sianid” işi üzrə təqsirli bilinən diakon Qiorqi Mamaladze 7 il həbsdən sonra həbsdən azad edilib. Bu barədə məlumatı fevralın 14-də, gün sonunda onun qardaşı və vəkili yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Vəkil Qiorqi Pantsulaianın sözlərinə görə, diakon Udo komissiyanın qərarı əsasında sərbəst buraxılıb.
“O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi, onun yeddi ilini çəkmişdi və daha iki ili qalmışdı. Biz Udo Komissiyasına ərizə vermişdik. Mübarizə heç dayanmadı. Hamıya söz verirəm ki, qardaşım öz həqiqətini sübut edəcək”, – Tornike Mamaladze bildirib.
Onun dediyinə görə, dikon 5 ildir iflic olub, müstəqil hərəkət edə bilmir, müalicəyə ehtiyacı var.
Bir neçə gün əvvəl “Mtavari Arxi” teleşirkəti jurnalistlərinin əldə etdiyi sənədə əsasən, “Sianid” işində zərərçəkmiş hesab olunan katolik patriarxının katibi Şorena Tetruaşvili diakonu daha şikayət etməyib və onun cəzasının ev dustaqlığı ilə dəyişdirilməsi ilə razılaşıb. Sənəd 17 oktyabr 2022-ci il tarixlidir.
2017-ci il fevralın 10-da diakon Qiorqi Mamaladze Tbilisi Beynəlxalq Hava limanında həbs edilib. Həmin ilin sentyabrında məhkəmə onu Şorena Tetruaşviliyə sui-qəsd hazırlamaqda, qanunsuz silah əldə etmək və saxlamaqda təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib.
Prokurorluğun məlumatına görə, diakon Qiorqi Mamaladzeyə qarşı istintaq jurnalist İrakli Mamaladzenin ifadəsi əsasında 2017-ci il fevralın 2-də başlayıb. Mamaladze prokurorluğa müraciət edərək qeyd edib ki, onun tanışı, diakon Qiorqi Mamaladze həyati təhlükə kəsb edən zəhərli maddənin - sianidin tapılmaqda ondan kömək istəyib və görüş zamanı məlum olduğu kimi, bu maddə vasitəsilə yüksək rütbəli bir din xadiminin həyatına son qoymağı planlayırmış. Həbsdən sonra prokurorluq diakon Qiorqi Mamaladzenin hansı yüksək rütbəli din xadimini öldürülməyə hazırlaşdığını dəqiqləşdirməyib, lakin, dərc olunmuş bəyanatda “Mamaladzenin yoldaşları ilə birgə patriarxın müalicə olunduğu Almaniyaya getməyə hazırlaşdığını və getməzdən əvvəl ona zəhərli bir maddə lazım olduğunu” bildirib. Sonradan məlum olub ki, prokurorluq diakon Qiorqi Mamaladzeni patriarxın katibinin qətlini hazırlamaqda ittiham edib.
Apellyasiya Məhkəməsi diakon haqqındakı təqsirli hökmünü qüvvədə saxlayıb, Ali Məhkəmə isə kassasiya şikayətini qəbul etməyib. İş Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.
Diakonun özü də təqsirini etiraf etmir.
“Sianid” işi üzrə məhkəmələr qapalı keçirilib. Həmin vaxt Xalq Müdafiəçi Uça Nanuaşvili hökmdən sonra bu işdə ədalətin təmin olunmadığını bildirib.