Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Batumidə Rusiya səyahət gəmisinə qarşı keçirilən etiraz aksiyalarını gürcü müxalifətinin təşkil etdiyi “Rusiyaya qarşı sifarişli təxribatlar” adlandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz siafrişçilərin kim olduğunu lap yaxşı bilirik. Bu cür hərəkətləri həyata keçirən şəxslər əhalinin əksəriyyətini təmsil etmədiyi aydındır. Onlar ütün bunları təşkil edən sifarişçini təmsil edirlər. Anlamalıyıq ki, bunlar ölkədə tez-tez müxtəlif mövzularda, o cümlədən Rusiya kontekstində və daxili məsələlərdə keçirilən sifarişli aksiyalardır.
Ölkə daxilində bu aksiyaya dəstək olmadı. Bizə Gürcüstan vətəndaşlarından çoxlu sayda müraciətlər daxil olur. Onlar bu həyasız təxribatın qəbuledilməz olmasından və bir ölkə kimi bununla heç bir əlaqələrinin olmadığından və onlardan ayrıldıqlarından danışırlar”, - Zaxarova bildirib.
Rusiyanın ali diplomatik qurumunun nümayəndəsinin sözlərinə görə, xarici oxşar etirazlarla sponsorların və kuratorların əlaqəsinin sübutları gün üzündədi.
“Bu radikal gürcü müxalifətinin bu təxribatı ilə bağlı Qərb ölkələrinin təqdirəlayiq qiymətləndirmələridir. ABŞ-ın Tbilisidəki səfiri Kelli Deqnanın Gürcüstan vətəndaşlarına birbaşa necə yaşamalı olduqlarını öyrədən və oxşar hərəkətlərə sevinən bəyanatını gördük. O, faktiki olaraq, bütün bunların arxasında kimin dayandığını və kimin faydalandığını açıqlamaları ilə sübut edir. Bu, klassik maliyyələşdirilmiş təxribatdır”, - Zaxarova Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasına etirazları xatırladaraq deyib.
Gürcüstanın hakim partiyası “Gürcü Arzusu”nun sədri də iyulun 31-də keçirilən aksiyanı müxalifətin təxribatı kimi qiymətləndirib. İrakli Kobaxidze avqustun 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, “Milli Hərəkat” Gürcüstanın hər yerindən ümumilikdə 150 nəfəri toplayıb və bu, “cəmiyyətin sağlam fikirdə olduğunu göstərir”. Kobaxidze ABŞ səfiri Kelli Deqnanın “heç kim gürcülərin Gürcüstan ərazisinin 20%-ni işğal edən ölkədən gələnləri səmimi qarşılamasını gözləməməlidir” bəyanatını da şərh edib. Kobaxidzenin sözlərinə görə, gürcü xalqı adından danışmaq heç bir səfirin işi deyil.
Soçi limanından yola düşən Rusiya vətəndaşlarının səyahət etdiyi “Astoria Grande” səyahət gəmisi iyulun 31-də, səhər saatlarında Batumi limanına daxil olub. Bu, bir həftə ərzində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları, habelə “Rusiya işğalçıdır” yazıları olan vətəndaşlar tərəfindən qarşılanan gəminin ikinci səfəri olub. Daxili İşlər Nazirliyi limanda patrul və kriminal polis qüvvələrini, o cümlədən xüsusi təyinatlıların əməkdaşlarını səfərbər edib, gəmiyə çıxışları dəmir bəndlərlə bağlayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları gün ərzində xırda xuliqanlıq və asayiş keşikçisinin qanuni tələbinə tabe olmamaq bəhanəsi ilə etiraz aksiyasının iştirakçısı olan 23 nəfəri həbs edib. Rus turistlərin bir qismi polisin köməyi ilə Batumiyə getmək üçün gəmidən düşə bilib. Səyahət gəmisi günün sonunda, Batumi limanından planlaşdırılandan bir neçə saat tez yola düşüb və Türkiyəyə gedib və oradan avqustun 5-də Soçiyə qayıdacaq.
“Astoria Grande”nin rəsmi saytında dərc edilən məlumata görə, avqustda və sonrakı aylarda planlaşdırılan oxşar səfərə Batumidə dayanma daxil olmayacaq. Proqramda dəyişiklik yəqin ki, Batumidə keçirilən aksiyalardan sonra tətbiq edilib.
Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi “Astoria Grande”nin türk kruiz şirkəti tərəfindən idarə edildiyini, gəmi sahibinin Seyşel adalarında qeydiyyatda olduğunu və beynəlxalq sanksiyalara məruz qalmadığını və müvafiq olaraq, onun Gürcüstan limanına daxil olmaq hüququnun olduğunu bildirib.