ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Gürcüstan hakimiyyətinin rus qanunlarını parlamentdə qeydiyyatdan keçirməsindən sonra ABŞ-ın siyasətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Siyasət, dərc etdiyimiz bəyanatda açıqladığımız siyasətdir. Biz çox narahatıq ki, bu qanun layihəsi qüvvəyə minərsə, Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər vuracaq. Biz narahatıq ki, qanunvericiliyin Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin etmək üçün çalışan müstəqil media qurumlarına mane olacaq, Gürcüstanı Avropa yolundan döndərəcək. İndi bu hələ qanun layihəsidir. Hələ qüvvədə deyil. Beləliklə, hər hansı potensial nəticələr və ya ata biləcəyimiz potensial addımlar baxımından, mən, həqiqətən, bu gün onları əvvəlcədən müzakirə eləmək niyyətində deyiləm", - Miller bildirib.
Jurnalist qanun layihəsini dəstəkləyən deputatlara sanksiya tətbiq edilməsi ilə bağlı ABŞ-ın ötənilki mövqeyini qeyd edib və b gün eyni mesajdan niyə çəkindiklərini soruşdu, hansı ki, Dövlət Departamentinin sözçüsü belə cavab verdi:
"İndi biz bu qanun layihəsindən narahat olduğumuzu açıq şəkildə bildiririk. Bu davam edərsə nə edə biləcəyimizə gəlincə, siz [reaksiyamızı] gözləyə bilərsiniz. Bu gün bəyan edəcək heç nəyim yoxdur".
Ötən həftə Dövlət Departamenti “Gürcü Arzusu”nun “xarici agentlər haqqında” rus qanununu geri qaytarmasına üç bəyanatla cavab verib. ABŞ bu qərardan "dərin narahatdır" və hesab edir ki, qanun layihəsi səhiyyə, təhsil və sosial dəstək baxımından Gürcüstanın sadə vətəndaşlarına fayda verən vətəndaş cəmiyyəti təşkilatları üçün təhlükə yaradır. Bundan əlavə, Dövlət Departamenti qeyd edir ki, qanun layihəsi Gürcüstanın Avro-Atlantik inteqrasiyaya sadiqliyinə xələl gətirir və Gürcüstanın Avropa yolundan uzaqlaşması riski yaradır.
"Biz bu narahatlığı Gürcüstan hökumətinə açıq şəkildə bildirmişik", - aprelin 5-də Dövlət Departamentində bəyan ediblər.
“Gürcü Arzusu” 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunub. Prezident Salome Zurabişvili rus qanunu qəbul edilərsə, ona veto qoyacaq, lakin, “Gürcü Arzusu” vetonu aşmaq üçün parlamentdə kifayət qədər səsə malikdir.