Soçi ilə Qaqra arasında sürət qatarı hərəkət edir.

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Soçidən işğal olunmuş Abxaziyanın dənizkənarı Qaqra kurortuna “Qaranquş” adlı sürətli qatarı hərəkət edir. Rusiya Dəmir Yollarına məxsus qatar bu gündən gündəlik reyslərə başlayıb və 60 sərnişini Qaqraya gətirib.

Rusiya təbliğat mediasının məlumatına görə, sərnişinləri Qaqra dəmir yolu vağzalında Abxaziya dəmir yolu və Qaqra administrasiyasının nümayəndələri, eləcə də şəhər sakinləri qarşılayıb. Gələnlər Abxaziya rəqsi ilə qarşılandı.

“Bu gün mühüm hadisə baş verdi – “Qaranquş” sürətli qatarı Qaqraya gəlib”, - De-fakto Abxaziyanın qondarma iqtisadiyyat nazirinin müavini Teymuraz Mikvabia deyib. Onun sözlərinə görə, bunun mümkün olması üçün Abxaziya və Rusiya dəmir yolları bir il ərzində sıx əməkdaşlıq ediblər.

“Bu gün Qaqraya 60 nəfər gəlib. Təbii ki, bu çox deyil, amma hesablamalarımıza görə, yaxın gələcəkdə 80-90 % dolacaq. Qatarda kondisioner də daxil olmaqla, rahat səyahət üçün lazım olan hər şey var. Bu, sərhədi piyada keçməkdən daha rahat və asan olacaq”, - çox adamın sərhəddə növbəyə durmadan Rusiyadan Abxaziyaya gəlmək istəyəcəyinə əmin olan Mikvabia deyib.

Soçi-Qaqrq sürət qatarı ilə səyahətin müddəti təxminən 3 saatdır. Sərnişinlər Rusiya ərazisindəki Veseloe dəmir yolu stansiyasında, işğal olunmuş Abxaziyada isə Tsandrip stansiyasında sərhəd nəzarətindən keçəcəklər. Sərnişin biletinin qiyməti 755 ilə 1005 rubl arasındadır (təxminən 24 lari ilə 32 lari).

Qondarma iqtisadiyyat naziri deyir ki, rusiyalı həmkarları ilə birlikdə sürətli qatar marşrutunun uzadılmasını müzakirə edəcəklər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur