Rusiyanın Ukraynaya hücumu və müharibənin başlamasından bu yana, son bir ildə 3297 Rusiya və 78 Ukrayna vətəndaşına Gürcüstan vətəndaşlığı verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ədliyyə Nazirliyinin Gürcüstan parlamentinin üzvü Paata Mancqaladzeyə verdiyi məlumata əsasən, 24 fevral 2022-ci ildən 8 fevral 2023-cü il tarixinədək Rusiya Federasiyasının 8333 vətəndaşı Gürcüstan vətəndaşlığı almaq üçün müraciət edib. Nazirlik 2638 müraciəti rədd edib, 1765-i baxılma mərhələsindədir, 326-na baxılmayıb, 69-u isə dayandırılıb.
1666 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığının bərpası üçün müvəqqəti müraciət etmək hüququndan yararlanıb, dörd nəfər isə vətəndaşlığın bərpası proseduru ilə vətəndaşlıq alıb. İki Rusiya vətəndaşına sadələşdirilmiş qaydada, 1625 nəfərə isə müstəsna qaydada Gürcüstan vətəndaşlığı verilib.
Gürcüstan Prezidenti müstəsna olaraq Gürcüstan qarşısında xüsusi xidmətləri olan və ya Gürcüstan vətəndaşlığının verilməsi dövlətin maraqlarından irəli gələn başqa ölkənin vətəndaşına Gürcüstan vətəndaşlığını verə bilər.
Həmin dövrdə Ədliyyə Nazirliyinə Gürcüstan vətəndaşlığının verilməsi üçün 211 Ukrayna vətəndaşı müraciət edib. Onlardan 55-in ərizəsi rədd edilib, 57-si baxılma mərhələsindədir, 14-nə baxılmayıb, 3-ü isə dayandırılıb. Bundan başqa, 32 Ukrayna vətəndaşı Gürcüstan vətəndaşlığını bərpa edib, 46-sı isə müstəsna qaydada qəbul edib.
2022-ci ilin 11 ayında, fevral-dekabr aylarında 109 949 Rusiya vətəndaşı və altı hüquqi şəxs Gürcüstanın kommersiya banklarında yeni hesab açıb. Gürcüstan banklarında ən çox hesab Rusiya prezidenti Vladimir Putinin eyni adlı “Ümumi səfərbərlik” elan etməsindən sonra açılıb. Sadəcə oktyabrda Gürcüstan banklarında 27 784, noyabrda isə 15 994 Rusiya vətəndaşı hesab açılıb.
Sahibkar və qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrinin məlumatlarına əsasən, 24 fevral 2022-ci ildən 8 fevral 2023-cü il tarixinədək Gürcüstanda 15 917 Rusiya Federasiyası vətəndaşı fərdi sahibkar kimi qeydiyyatdan keçib.