Şovidə həyatını itirənlərdən biri də Rustavidən olan 18 yaşlı Samirə İsayevadır. Onun qardaşı İsgəndər İsayevin məlumatına görə, meyitin şəxsiyyəti bu gün Kutaisi morqunda müəyyən edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Səhər cəsədin tanınması ilə bağlı bizimlə əlaqə saxladılar və atam onu tanıdı. Eləcə də qonşumun meyitinin kimliyini müəyyənləşdirdilər. Bizə dedilər ki, meyitlər bir perimetrdə tapılıb. Digər mərhum Rustavelidən olanlar haqqında heç nə bilmirəm. Bəzi cəsədlər pis şikəstdir və onları tanımaq çətindir. Burada morqda həddən artıq çox adam var və onlar bütün cəsədləri tanımağa çalışırlar”,- Bu barədə “İnfo Rustavi”yə mərhumun qardaşı məlumat verib.
Samirə İsayeva üç qonşusu - 60 yaşlı Marina Xorbaladze, 40 yaşlı Manana Caçvadze və 4 yaşlı Qiorqi Xorbaladze ilə Şovidə dincəlirdilər. Qardaşın sözlərinə görə, onlar iyulun 25-də Rustavidən çıxıblar. “Biz sonuncu dəfə avqustun 2-də danışdıq və onlar Mamisonun kottecində qalırdılar. Ondan sonra əlaqə saxlaya bilmirik”, - İsgəndər İsayev bildirirdi.
Təsdiqlənmiş məlumata görə, təbii fəlakət nəticəsində azyaşlılar da daxil olmaqla 18 nəfər həlak olub.
Bu gün, avqustun 6-da təbii fəlakət bölgəsində 18-ci cəsəd tapılaraq Kutaisi morquna aparılıb, ölənlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi üçüncü gündür ki, davam edir. Ölən 12 nəfərin şəxsiyyəti müəyyən edilib, onların arasında - Samirə İsaeva, Giorgi Qoqinaşvili, Davit Beriaşvili və təbii fəlakət zamanı əri Zaza Mesxi və üç uşağı ilə birlikdə olan Ukrayna vətəndaşı Alina Polikovska. Rusiya mətbuatının məlumatına görə, təbii fəlakət nəticəsində Rusiya vətəndaşı Kseniya Triçeva həlak olub. Onu dostu dünən tanıdı.
Axtarış-xilasetmə əməliyyatları davam edir. Uşaqlar da daxil olmaqla 18 nəfər itkin düşmüş hesab olunur.
Şovi ərazisində təbii fəlakət avqustun 3-də təxminən saat 15:15 radələrində inkişaf edib. Axın kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə, 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3 və 4-də 210 nəfər helikopterlərlə təhlükəsiz yerə təxliyə edilib.
Yerli əhalinin sözlərinə görə, təbii fəlakətdən iki gün əvvəl Buba dağında sürüşmə baş verib, nəticədə Bubisskali çayı vadisində külli miqdarda su yığılıb və avqustun 3-də isə palçıq axını baş verib.