Təhsil haqqı ödənilmədiyi üçün statusu dayandırılan Gürcüstanın ali təhsil müəssisələrinin tələbələrinin borcları sıfırlanacaq. Bu barədə sentyabrın 15-də Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hökumət administrasiyasının məlumatına görə, 30 minə qədər tələbənin statusu dayandırılıb və borc 40 milyon lari təşkil edir.
“Mən statusu dayandırılmış tələbələrin məsələsini soruşdum və təhsil nazirindən ətraflı məlumat aldım. Təxminən 30 min tələbənin statusu maliyyə borcuna görə dayandırılıb.
Mənim qərarımla, statusu dayandırılmış olan bütün bu tələbələrin borcları sıfırlanacaq və statuslarını bərpa edib təhsillərini davam etdirə biləcəklər.
40 milyon lari borc var. Təhsil və Maliyyə nazirlərinə müraciət etmək istəyirəm ki, komunikasiya yaransın və qeyd olunan məsələ dərhal həll olunsun. Tələbələrə təhsillərini davam etdirmək imkanı yaratmaq vacibdir”, - deyə baş nazir bildirib.
Təhsil və elm nazirinin sərəncamına əsasən, tələbənin dayandırılmış statusu dayandırıldıqdan sonra 5 il müddətində saxlanılır.