Strasburq Temirlan Maçalikaşvilinin işi üzrə yaşamaq hüququ pozuntusunu müəyyən edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İnsan Haqları Məhkəməsi “Maçalikaşvili və başqaları Gürcüstana qarşı” işi üzrə yekdilliklə müəyyən ediblər: Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin pozulması - prosessual aspekt (yaşamaq hüququ) və 1 əleyhinə 6 səslə, 2-ci maddənin pozulmaması - mühüm aspekt (yaşamaq hüququ).

Məhkəmənin press-relizində deyilir ki, iş Dövlət Təhlükəsizlik Xidmətinin Gürcüstanda keçirdiyi antiterror əməliyyatından gedir. Həbslərdən birindən sonra “İslam Dövləti” ilə əlaqəli qrupa maddi dəstək verməkdə şübhəli bilinən ərizəçinin qohumu Temirlan Maçalikaşvili xəstəxanada dünyasını dəyişib. O, həbs edilən zaman, ehtimal ki, qumbara partlatmağa cəhd edib və odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Ərizəçilər fiziki və şifahi zorakılığa məruz qaldıqlarını iddia edirdilər.

Məhkəmə müəyyən edib ki, hakimiyyət orqanları Konvensiyanın 2-ci maddəsinə uyğun olaraq səmərəli və hərtərəfli araşdırma tələblərini yerinə yetirməyib. Bununla belə, məhkəmə hesab edib ki, Temirlan Maçalikaşvilinin dövlətin öhdəliyində olan şərtlər altında öldüyü qənaətinə gəlmək üçün, ağlabatan şübhədən başqa, kifayət qədər dəlil yoxdur. Bundan əlavə, məhkəmə şikayətçilərin 3-cü maddə üzrə (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) pis rəftarla bağlı şikayətini sübutsuz sayaraq təkzib edib.

Məhkəmə müəyyən edib ki, Gürcüstan ərizəçilərə mənəvi ziyana görə 10.000 avro və xərclərə görə 15.000 avro ödəməlidir.

Maçalikaşvili ailəsi adından Sosial Ədalət Mərkəzi Avropa İnsan Hüquqları üzrə Vəkillik Mərkəzi (EHRAC) ilə birlikdə 2019-cu ildə Avropa Məhkəməsinə ərizə təqdim edib.

Şikayətçilər Avropa İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 3 (işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qadağan edilməsi) və 13-cü maddələrinin (effektiv daxili müdafiə vasitələri üzrə hüququ) pozulması ilə bağlı iddia irəli sürürdülər.

2017-ci il dekabrın 26-da Pankisi vadisində xüsusi əməliyyat zamanı 19 yaşlı Temirlan Maçalikaşvili evinin yataq otağında xüsusi təyinatlılar tərəfindən başından ölümcül güllə yarası almışdı. Dövlət Təhlükəsizlik Xidməti Temirlan Maçalikaşvilini və Pankisi vadisində yaşayan bir neçə başqa şəxsi beynəlxalq terrorçu kimi tanınan Əhməd Çatayevə və onun qruplaşmasına kömək etməkdə ittiham edib. Lakin yaralı Maçalikaşvili 2018-ci il yanvarın 10-da ittiham olunmadan dünyasını dəyişib. Qalanları həbs edilib. Məhkəmə onları təqsirli bilib və həbs cəzasına məhkum edib.

Prokurorluq Temirlan Maçalikaşvilinin ölümcül yaralanması ilə bağlı Cinayət Məcəlləsinin zorakılıq yolu ilə vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin 3-cü hissəsi ilə araşdırma aparırdı, lakin 25 yanvar 2020-ci ildə cinayət tərkibi olmadığı üçün istintaqa xitam verilib. 2020-ci ilin 27 mart tarixində Xalq müdafiəçisi işin təzələnməsi və Temirlan Maçalikaşvilinin həyatına qəsd olunması faktı ilə bağlı hərtərəfli araşdırma aparılması tələbi ilə Baş Prokurorluğa müraciət edib. Baş Prokurorluq xalq müdafiəçisinin tələbini təmin etməyib. 

Malxaz Maçalikaşvili uzun müddət Tbilisidə parlament binası qarşısında davamlı etiraz aksiyası keçirərək oğlunun qətli ilə bağlı işin araşdırılmasını tələb edirdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur