Sülhpərvər siyasətlə ölkəmizi birləşməyə doğru aparırıq - Ğaribaşvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin (EPC) Kişinyovda keçiriləcək ikinci sammitində Gürcüstanın təhlükəsizlik problemlərindən danışacaq. O, bu barədə sammit başlamazdan əvvəl məlumat verib. Ğaribaşvili əsas problemlərdən biri kimi işğalı hallandırıb.

Jurnalistlər Ğaribaşvilidən Gürcüstan hökumətinin ölkənin təhlükəsizliyini təmin etmək üçün nə tələb etdiyini soruşduqda, o, belə cavab verib:

“Təəssüf ki, biz nə Avropa İttifaqına, nə də NATO-ya üzv ölkəyik və bizim təhlükəsizlik çətirimiz və zəmanətimiz yoxdur. Ona görə də təbii ki, hökumətimizin bu, olduqca proqnozlaşdırıla bilinməyən şəraitdə ilk növbədə ölkəmizi qorumaq, xilas etmək üçün düzgün addımlar atması bizim üçün xüsusilə vacibdir və təbii ki, biz xalqımızın və ölkə əhalisinin təhlükəsizliyinin qayğısına qalmalıyıq. Bizim siyasətimiz sülhpərvər siyasətdir. Biz sülhü qoruduq, onu gücləndirdik və bu sülhsevər siyasətlə ölkəmizi birləşməyə doğru aparırıq”.

Ğaribaşvilinin sözlərinə görə, o, sammitdə Gürcüstanın Aİ üzvlüyünə namizəd ölkə statusunu almağa hazır və layiq olduğunu bəyan edəcək. Baş nazirin sözlərinə görə, bu, avropalı tərəfdaşlar üçün yeganə düzgün qərar olacaq.

İkinci “EPC” sammitində Moldovaya səfər edən Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edəcək. Sammit başlamazdan əvvəl Gürcüstanın baş naziri qeyd edib ki, Gürcüstan dost ölkə Ukrayna və Ukrayna xalqına həmrəyliyini ifadə edir.

“Biz hamımız istəyirik ki, bu müharibə tezliklə başa çatsın, ərazi bütövlüyü bərpa edilsin, Ukraynada və bütün dünyada sülh bərqərar olsun”, - deyən İrakli Ğaribaşvili əlavə edib: “Əlbəttə, ölkəmizin dinc şəkildə işğaldan azad olunması, ölkəmizin birləşməsi bizim böyük istəyimiz və arzumuzdur. Hökumətimiz bu böyük məqsədə tez bir zamanda nail olmaq üçün bu istiqamətdə hər şeyi edir”.

“EPC”nin ikinci sammitində iştirak etmək üçün 47 dövlət və hökumət başçısı dəvət olunub. Sammitdə Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentləri də iştirak edəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur