Təbii fəlakət bölgəsində həlak olanların sayı 20-yə yüksəlib, 13 nəfərin axtarışı davam edir

Raçada, Şovi kurortu ərazisində daha bir cəsəd tapılıb. Təbii fəlakət nəticəsində həlak olanların sayı 20-yə yüksəlib.

İndiyədək tapılan 20 cəsəddən 16-nın şəxsiyyəti müəyyən edilib. Həlak olanlar arasında 18 yaşlı Samirə İsayeva, 25 yaşlı Davit Beriaşvili, 7 yaşlı Luka Dudaşvili, 25 yaşlı Meqi Qutaşvili, 18 yaşlı Qiqi Qutaşvili, 49 yaşlı Şorena Biçaşvili, 20 yaşlı Mariam Maisuradze, Qenadi Sultanişvili, Qiorqi Karalaşvili, Nino Kençadze, Ukrayna vətəndaşı Alina, Polikovska və Rusiya vətəndaşı Kseniya Triçeva da var. Xilasedicilər uşaqlar da daxil olmaqla 13 nəfəri axtarır.

Raçada, Şovi kurortunun ərazisində avqustun 3-də baş verən palçıq axını kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb və Şoviyə gedən yeganə yoldakı körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3-ü və 4-də helikopterlərlə 210 nəfər fəlakət zonasından təxliyə edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur