Bu gün Şovidə, təbii fəlakət zonasında daha 6 cəsəd tapılıb. Həyatını itirənlərin sayı 17-yə çatıb. Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvilinin sözlərinə görə, cəsədlər eyni adlı kotteclərin yerində görülüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hazırda 7 cəsədin şəxsiyyəti müəyyən edilib, proses davam edir və günün sonuna qədər bu istiqamətdə bəzi xəbərlərimizin olacağını düşünürəm. Bu gün çay yatağında iki maşın tapdıq. İçlərində adam yox idi. Maşınlardan birinin sahiblərini müəyyən etdik və onlar sağ-sağlamatdırlar”, - Temur Mğebrişvili bildirib.
Xilasetmə əməliyyatları gecə saatlarında da davam etdiriləcək. Mğebrişvilinin sözlərinə görə, çayın üzərində dəmir konstruksiyalı körpü təşkil edilib ki, bu da bütün lazımi avadanlıqların fəlakət zonasına daxil olmasına imkan verir.
"Biz bütün gecə boyu fəal şəkildə işi davam etdirəcəyik, gecə işıqları var və axtarış əməliyyatları sutkanın 24 saatı davam edəcək", - Temur Mğebrişvili bildirib.
Təbii fəlakət bölgəsində 20-yə yaxın adam itkin düşmüş hesab edilir. Gün ərzində axtarış-xilasetmə işlərinə xilasedici-yanğınsöndürənlər, polis bölmələri, pilotsuz uçuş aparatları, xüsusi texnika, Sərhəd Polisinin helikopteri və kinoloqlar qrupu cəlb olunub.