Təbii fəlakət nəticəsində Quriyada 3 nəfər itkin düşüb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Güclü yağış Quriyada çayların daşmasına səbəb olub, yaşayış evlərini su basıb, ağaclar qırılıb, sürüşmə prosesləri aktivləşib, bir neçə kəndin xarici aləmlə əlaqəsi kəsilib. Lançxutinin kəndlərində bir neçə ev dağılıb. Fövqəladə halların idarə olunması xidmətinə 100-dən çox mesaj göndərilib. Xilasedicilər 2-si azyaşlı olmaqla 3 nəfəri axtarır. 

Lesi çayının daşması nəticəsində beynəlxalq Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunun 40 və 56-cı kilometrliyində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib.

Qadağa müddətində avtomobillər Senaki-Poti (Asaktsevi)-Sarpi avtomobil yolunda hərəkət edir.

Torpaq kütləsinə görə Şuxuti-Atsana-Mamati-Dzimiti avtomobil yolunun 2-ci və 12-ci km-də yol hər iki tərəfdən bağlanıb və bu mərhələdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur