Təhlükəsizlik üzrə mütəxəssislər partlayıcı maddələrin aşkarlanması ilə bağlı DTX-nın bəyanatını necə qiymətləndirirlər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Nəzəri cəhətdən heç nəyi istisna etmək olmaz, lakin tamamilə izah olunmamaıç təfərrüatlar var - bu partlayıcı maddə üç dövlətdın (Rumıniya, Bolqarıstan, Türkiyə) keçib. Bu ölkələrin kifayət qədər yaxşı xüsusi xidmət orqanları var, xüsusən türklər və rumınlar, ehtimal ki, bu məlumata əvvəlcədən malik idilər.

Həmçinin çox maraqlı bir məqam da var ki, bu işdə rol alan və bu hadisədə birbaşa iştirak edən şəxslər həbs olunmayıb. Bu adamları necə həbs etməyəsən, bir halda ki, bilavasitə sizin ərazinizdə və qonşu ölkənin ərazisində terror aktı planlaşdırıblar?”, - Dövlət Təhlükəsizlik Xidmətinin Analitik İdarəsinin keçmiş rəisi Kaxaber Kemoklidze, Gürcüstan DTX-sının fevralın 5-də yaydığı, əntiterror mərkəzinin 6 ədəd xüsusi partlayıcı qurğu və 14 kiloqram partlayıcı maddənin aşkar olunması barə bəyanatını şərh edir. Təhlükəsizlik xidmətinin məlumatına görə, yük yanvarın 19-da Ukraynanın Odessa şəhərindən Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçməklə “Sarp” keçid məntəqəsi vasitəsilə Gürcüstana gətirilib və Rusiya Federasiyasına, Rusiya Federasiyasına, konkret olaraq “Daryal” keçid məntəqəsi vasitəsilə Voronej şəhərinə aparılması planlaşdırılıb.

Şota Utiaşvili, Rondelli Fondunun baş araşdırmaçısı

Daxili İşlər Nazirliyinin Analitik İdarəsinin keçmiş rəisi, hazırda Gürcüstanın “Strategiya və Beynəlxalq Münasibətlərin Tədqiqat Fondu”nun (Rondelli Fondu) baş araşdırmaçısı Şota Utiaşvili hesab edir ki, “bu, Ukraynanın terrorizmdə iştirak etdiyini söyləmək üçün əvvəlcədən düşünülmüş cəhddir”.

“Altı fərqli hissəyə bölünmüş 14 kiloqram partlayıcı maddə, DTX bizə nə nəyi sübut etməsindən asılı olmayaraq, infrastruktura böyük ziyan vurmazdı. Bu, Ukraynanın hakim partiyası olan “Xalqın Xidmətçisi” ilə əlaqələndirirlər, çünki şübhəlilərdən biri 4 il əvvəl Radaya (Ukrayna parlamentinə) namizəd kimi iştirak edib. Daxil ediblər, ya yox, bilmirik.

DTX Ukrayna və Rusiya ilə bağlı hər şeydə son dərəcə etibarsızdır. Dəfələrlə birbaşa Rusiya ilə işləyərkən yaxalanıb.

Bütün bu hekayə onun üçün qurulub ki, bu partiyanın Tiflisdə və Voronejdə terror aktları törətmək niyyətində idi və biz və “Efesbe” (Rusiya Federal Təhlükəsizlik Xidməti) xilaskarıq. DTX yəqin ki, bilməlidir ki, Rusiya ilə Ukrayna arasında müharibə gedir. Bütün bunların doğru olduğunu qəbul etsək, DTX yalan danışmayıb. Çox güman ki, bundan Rusiya hərbi obyektlərinə qarşı istifadə edilməli idi. DTX bunu nəyə əsaslanaraq, niyə istisna edir? Onlar hardan bilirlər ki, bu maddənin idxalının əsas vəzifəsi terror aktının təşkili olub?” – Utiaşvili deyir.

Andro Qotsiridze, kibertəhlükəsizlik üzrə mütəxəssis

Kibertəhlükəsizlik üzrə mütəxəssis Andro Qotsiridze partlayıcı qurğu və maddələrin Gürcüstana gəlməsinin rusların Gürcüstanı terrorizm və ya partlayıcı maddələrin tranziti ilə ittiham etmək üçün özlərinin təxribatı olduğunu istisna etmir.

“Bunun özü çox təhlükə ehtiva edən bir hərəkətdir, çünki bu terror təhlükəsi həqiqətən mövcud ola bilər. Əgər bu və ya digər ölkənin vətəndaşı peyda olursa, bu o demək deyil ki, təhlükə bu ölkədəndir”, - Qotsiridze deyir.

DTX-nın dünən yaydığı bəyanata əsasən, Gürcüstan üzərindən Rusiyaya partlayıcı maddələr və cihazların keçirilməsi prosesini təşkil edən Ukrayna vətəndaşı, 2020-ci ildə “Xalqın Xidmətçisi” partiyasından Odessa dairəsinin yerli Radasının Kiyev rayonundan deputatlığa namizəd olmuş, əslən Batumi şəhərindən olan Andrey Şaraşidzedir.

Rusiya təbliğat mediası Gürcüstan xüsusi xidmət orqanlarını tərifləyib.

Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze növbəti dəfə bildirib ki, “Ukrayna hökumətinin yüksək rütbəli məmurları ölkəmizdə ikinci cəbhə açmaq istəyirdilər və yəqin ki, hələ də istəyirlər”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur