6 partlayıcı qurğu eyni vaxtda. Odessadan üç NATO ölkəsi - Rumıniya, Bolqarıstan və Türkiyə üzərindən çatdırılma. Təyinat yeri - Voronej. Göndərən şəxs - Zelenskinin partiyasının fəalı. Ukrayna artıq bir dəfə Krım körpüsündə sınaqdan keçirdiyi sxemlə böyük terror aktı hazırlayırdı. Bu dəfə məne ilə Gürcüstanda qarşılaşılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın xüsusi xidmət orqanları sayəsində ukraynalı terrorçuların ölkəmizə partlayıcı qurğular gətirdiyi kanallardan biri bağlanıb;
Xaricdə başqasının əli ilə törədilən terror aktları - bu, Ukrayna xüsusi xidmət orqanlarının imzasıdır və bunun üçün onların Gürcüstandan istifadə etdikləri ilk hal deyil. 2022-ci ildə, Krım körpüsündə yol örtüyü də məhz belə partladılıb. Onda yük maşını partladı, 5 nəfər həlak oldu”, - Rusiya təbliğat mediası Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin fevralın 5-də antiterror mərkəzinin əməkdaşlarının 6 xüsusi partlayıcı qurğunun və 14 kiloqram partlayıcı maddənin Ukraynanın Odessa şəhərindən Gürcüstandan keçərək Rusiyaya daxil edilməsi barədə yaydığı bəyanatı işıqlandırıb.
Rusiyanın Birinci Kanalında yayımlanan süjetə əsasən, Ukrayna xüsusi xidmət orqanlarının Gürcüstan ərazisindən Rusiyaya hücum etmək üçün istifadə etmə cəhdinə Gürcüstan son dərəcə mənfi reaksiya verib.
“Bu, Gürcüstanı Rusiyaya qarşı hərbi əməliyyatlara cəlb etmək üçün növbəti cəhddir. Gürcüstan layiqli şəkildə davrandı. O göstərdi ki, təhlükəsizlik bölünməzdir”, - Rusiyayönümlü “Sakinform” nəşrinin baş redaktoru Arno Xıdırbeqişvili Rusiyanın Birinci Kanalına müsahibəsində bildirib.
Hökumətyönümlü gürcü mütəxəssislər Zaal Ancaparidze və Levan Nikoleişvili eyni şeyi təkrarlayırlar, onların “Facebook”da dərc olunan fikirlərindən Rusiya telekanalının süjetində sitat gətirilir.
“Bir sözlə, Gürcüstandan öz səfirini geri çağıran və səfirimizi sözün əsl mənasında ölkədən qovan qondarma “strateji tərəfdaş”ımız Ukrayna bizdən əl çəkmir. Sözügedən insidentlə bağlı açıqlananlar (bu, aysberqin görünən tərəfidir) bircə tutarlı fərziyyə üçün kifayətdir - onlar Gürcüstanı hər cür şəkildə Rusiya ilə qarşıdurmaya cəlb etmək istəyirlər”, - Zaal Anjaparidze yazıb.
Rusiyanın “TASS” dövlət xəbər agentliyi antiterror bölməsinin “Alfa” veteranlar birliyinin prezidenti Sergey Qonçarovla müsahibəni dərc edib. Mütəxəssis kimi təqdim edilən Qonçarov hesab edir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Rusiya xüsusi xidmət orqanları kömək edib.
“Hesab edirəm ki, partlayıcı maddə Gürcüstanda yəqin ki, məlumatı alan xüsusi xidmət orqanlarımızın köməyi ilə aşkarlanaraq götürülüb. Belə ki, gürcülər dəqiq işləyiblər. Hesab edirəm ki, bu, Gürcüstanın Rusiyaya doğru çevrilməsi və münasibətlərimizin yaxşılaşması üçün yaxşı siyasi amildir”, - Qonçarov bildirib.
Qonçarovun sözlərinə görə, Voronejdə xüsusilə mühüm obyektlərdə - elektrik stansiyalarında və istilik elektrik stansiyalarında “ciddi partlayış” təçkil etmək üçün partlayıcı maddələr və detonatorlardan istifadə oluna bilərdi.
Ukraynanın Gürcüstandakı səfirliyi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin dünən yaydığı məlumatı şərh edib. Səfirlik Gürcüstan tərəfinin bu işi siyasiləşdirməkdən çəkinəcəyinə ümid etdiyini bildirib.
“Ukrayna səfirliyi Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin brifinqində yayılan məlumatları yoxlayır, bütün halları, xüsusən, məlum olduğu kimi, Ukrayna vətəndaşlarının qeyri-qanuni fəaliyyətə cəlb olunması ilə bağlı məlumatları araşdırır. Biz işin bütün hallarını obyektiv, qərəzsiz və tam şəkildə aydınlaşdırmaq və onun real təşkilatçılarını müəyyən etmək üçün Gürcüstanın hüquq-mühafizə və digər səlahiyyətli orqanları ilə konstruktiv əlaqələrə marağımızı və hazır olduğumuzu bildiririk”, - səfirliyin bəyanatında deyilir.
Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidzenin bəyanatı bu dəfə də Rusiya mətbuatının mesajları ilə üst-üstə düşür.
“Siyasiləşdirmənin bununla heç bir əlaqəsi yoxdur, dövlət maraqlarımıza təhlükə yaradırdılar. Burada nə siyasilədirmə var? Ukraynanın Gürcüstanda səfiri olsaydı, yəqin ki, belə bəyanat verməzdilər.
Kimsə ölkədən kənarda, ölkə daxilindən Gürcüstanı Rusiya təcavüzünün hədəfinə çevirməyə çalışdıqda bu, çox ciddi hadisədir və çox narahatedicidir. Bu, Ukrayna hökumətinin yüksək rütbəli məmurlarının, prinsipcə, açıq şəkildə dediklərini bir daha təsdiqləyir ki, onlar bizim ölkədə ikinci cəbhənin olmasını istəyirdilər və yəqin ki, hələ də istəyirlər.
Gördüyümüz, DTX-nın açıqladığı bu cür faktlar bütün bunların daha bir təsdiqidir”, - Kobaxidze bildirib.