15-ə qədər universitetin tələbələri təhsil prosesini davam etdirməkdən imtina edir və rus qanununa qarşı aksiyalara qoşulurlar. Onların dediyi kimi, hökumət qanunu geri götürməyincə, auditoriyalara qayıtmayacaqlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mayın 12-də günün sonunda Tbilisi Dövlət Tibb Universitetinin tələbələri məktəbin qarşısına toplaşaraq and içiblər:
“And içirik ki, öz qabiliyyət və bacarıqlarımıza uyğun olaraq soydaşlarımızın sağlamlığını qoruyacağıq; And içirik ki, nəyin bahasına olursa olsun, əcdadlarımızın qanı ilə qazanılan azadlığı güzəştə getməyəcəyik; And içirik ki, canımız bahasına vətəni və onun dəyərlərini qoruyacağıq; And içirik ki, dili, yurdu, imanı, birliyi könül incisi kimi daşıyırıq; And içirik ki, ağ paltarımızı rus çəkməsinin ayaq altısı etməyəcəyik; And içirik ki, heç vaxt rus həkimləri adlanmayacağıq; And içirik ki, biz ağ xalatlarla sizi mütləq Avropaya aparacağıq”.
Tələbələrin fikrincə, bu gün ölkənin tarixi seçim qarşısında qaldığı və hökumətin təşəbbüsü ilə irəli sürülən rus qanununun Gürcüstanın Avropaya inteqrasiyasına xələl gətirdiyi bir vaxtda gələcək nəsil ölkənin taleyinin həll olunduğu yerdə dayanmalıdır.
“Tbilisi Dövlət Tibb Universitetinin rəhbərliyi və tələbə özünüidarəsinin indiyədək susmasına baxmayaraq, biz tələbələr, gələcəyin həkimləri və tibb işçiləri aksiyalar başlayandan ağ xalatda sizin aranızda, vətəndaşların və dövlətin keşiyində dayanmışıq və hesab edirik ki, Gürcüstan Avropa gələcəyinin əlindən tutmağa borcluyuq. Buna görə də biz mühazirələrə qatılmaqdan imtina edirik və sabahdan, bazar ertəsindən itaətsizlik elan edirik. Həmişə olduğu kimi, ölkənin şərəfini, gələcəyini, ölkənin Avropa perspektivini qorumaq üçün Rustaveli prospektində ağ xalatlarda dayanacağıq”, - deyə Tibb Universitetinin tələbələri bildiriblər.
Mayın 13-dən Tbilisi Dövlət Universitetinin tələbələrinin bir hissəsi and içəcək. Daha auditoriyalarda qala bilməyəcəklərini ictimaiyyət qarşısında ilk dəfə onlar bildirdilər.
“Biz ölkədə elan olunan diktatura prosesinə səssizcə uyğunlaşmaq fikrində deyilik. Bazar ertəsindən etibarən auditoriyaya daxil olmaqdan imtina etmək qərarına gəldik. Biz səhər saat 9-dan Rustavelidədayanıb Putinist diktaturanın qanunvericilik təşəbbüsünü qəbul etmək cəhdinə etiraz edəcəyik”, - deyə tələbələr bildirib və mühazirəçiləri “adekvat qərar” qəbul etməyə, ümumi itaətsizlik elan etməyəğ və tələbələrlə birlikdə Rustavelidə dayanmağa çağırıblar.
Hazırda itaətsizliyə İliya Dövlət Universiteti, Gürcüstan İctimai Əlaqələr İnstitutu (GIPA), Gürcüstan Universiteti, Alte Universiteti, Tbilisi Rəssamlıq Akademiyası, Qafqaz Universiteti, Batumi Şota Rustaveli Universiteti, Biznes və Texnologiya Universiteti, Gürcüstanın Milli Universiteti, Qara Dəniz Beynəlxalq Universiteti, Aqrar Universitet, Azad Universitet, Dövlət Teatr və Kino Universitetinin tələbələri qoşulurlar.
Tbilisi Dövlət Universitetinin 200-dən çox mühazirəçisi tələbələrə dəstək olduqlarını bildiriblər. Onların sözlərinə görə, tələbələr təhsil prosesini dayandırmaq qərarına gəlsələr, bu qərara qoşulacaqlar. Bundan əlavə, mühazirəçilər universitetin rektoru Caba Samuşianı rus qanunu, tələbə və professorlara qarşı zorakılıq və hədə-qorxu cəhdləri ilə bağlı mövqeyini açıq və aydın şəkildə bildirməyə, etiraz iştirakçısı tələbələrə, akademik və inzibati heyyətə heç bir problemin yaradılmamasını təmin etməyə çağırırlar.
“Gürcü Arzusu” “xarici agentlər” haqqında rus qanununu üçüncü, yekun oxunuşda sabah səs verməyə qoyub qəbul edəcək. Bu gün Hüquq Məsələləri Komitəsinin iclasında müzakirə edilərək dəstəklənən qanunun, çərşənbə axşamı plenar iclasa çıxarılması planlaşdırılır.