Gürcüstanda səfərdə olan amerikalı senatorlar Cin Şahin və Dik Durbin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Təsadüfi deyil ki, Kremlin hədəflərindən biri Gürcüstandakı vətəndaş cəmiyyətidir. Şübhəsiz ki, güclü demokratiya rifah və təhlükəsizlik gətirir. Amma güclü vətəndaş cəmiyyəti olmadan demokratiyanın uğura ümidi yoxdur. Birləşmiş Ştatlar Gürcüstan institutlarını gücləndirmək üçün Gürcüstan vətəndaş cəmiyyətini dəstəkləməyə və onlarla işləməyə davam edəcək. Gürcüstan daha təhlükəsiz və firavan avropa gələcəyi məqsədinə nail olmaq üçün demokratik islahatları davam etdirməlidir. Gürcüstan vətəndaşlarının istədiyi və layiq olduğu budur”, - bu barədə səfirliyin açıqlamasında deyilir.
“Transparency International - Georgia” təşkilatının direktoru Eka Qiqaurinin sözlərinə görə, onlar senatorlarla dezinformasiya, korrupsiyanın çətinlikləri, məhkəmə və media mühiti barədə danışıblar. “Onları əsasən ölkədə açıq-aşkar müşahidə etdiyimiz demokratik geri çəkilməni necə dayandıra biləcəyimizə dair baxışımız maraqlandırır”,- Qiqauri jurnalistlərə bildirib.
Fevralın 20-də Gürcüstan parlamentinin Bürosu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin nəzərdən keçirilməsi proseduruna başlamağı məqsədəuyğun hesab edib.“Ədalətli seçkilər” təşkilatının rəhbəri Nino Dolidzenin sözlərinə görə, Aİ üzvlüyünə namizədin statusu ilə bağlı əsas məsələlərdən biri 12 tövsiyənin icrası və 2024-cü il parlament seçkiləri olub. Qanun layihəsində çoxlu sayda qeyri-hökumət təşkilatlarına və KİV-ə “xarici agent” statusunun verilməsi nəzərdə tutulur.
- Qanun layihəsinə əsasən xarici təsir agenti gəlirinin 20 %-dən çoxunu xaricdən əldə edən qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs (qeyri-hökumət təşkilatı) və KİV-dir, inzibati orqan (dövlət və ya bələdiyyə orqanı/qurum) və ya milli idman federasiyaları tərəfindən yaradılmış təşkilatlar istisna olmaqla.
- Belə hüquqi şəxslər maliyyə hesabatı üzrə öhdəliklərə tabe olacaqlar, bu, keçmiş təqvim ili ərzində xərclənmiş pul vəsaitlərinin məbləği və təyinatı barədə məlumatların təqdim edilməsini əhatə edir. Xarici təsir agentlərinin reyestrinə daxil edilmiş məlumatlar açıqdır.
- Qanun layihəsinə əsasən, “xarici təsir agenti”ni müəyyən etmək üçün Gürcüstanın Ədliyyə Nazirliyi monitorinq aparmaq imkanı əldə edəcək və bu monitorinq çərçivəsində ona bütün lazımi məlumatları emal etmək səlahiyyəti veriləcək, şəxsi məlumatlar daxil olmaqla.
- Monitorinqin başlanması üçün əsas təşkil edir: Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı; Xarici təsirin konkret agentinə müvafiq istinadı ehtiva edən Nazirliyə təqdim edilmiş yazılı ərizə.
- Qanun layihəsi nazirliyə 10, 20 və 25 min lari məbləğində cərimələr tətbiq etmək, təşkilatları məcburi qeydiyyata almaq səlahiyyəti də verir.
Qanun layihəsinin təşəbbüskarları parlament çoxluğunun üzvləridir: Sozar Subar, Mixeil Kavelaşvili, Dimitri Xundadze, Quram Maçaraşvili, Viktor Caparidze, İrakli (Daçi) Beraya, Eka Sepaşvili, Davit Kaçarava və Zaal Mikeladze. Büro “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi üzrə əsas komitə kimi Hüquq Məsələləri Komitəsini, Xarici Əlaqələr və Müdafiə və Təhlükəsizlik Komitələrini isə məcburi komitələr kimi təyin edib.