Tbilisi meriyası - Tseretelidə işlər keyfiyyətsiz aparılır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Tbilisi Bələdiyyə Laboratoriyası”nin nəticəsinə əsasən, Tbilisi meriyası Tsereteli prospektində işlərin keyfiyyətsiz aparıldığını, bu səbəbdən “Er Te De” MMC və “Millenium Builders Group” MMC şirkətləri ilə bağlanmış müqavilələrə birtərəfli qaydada xitam verdiyini bildirir.

“Obyektdə vaxtaşırı yoxlamalar nəticəsində işlərin aparılmadığı məlum olub. İstər öhdəliklərin yerinə yetirilməsinə nəzarəti (yoxlamanı) həyata keçirən, istərsə də texniki nəzarəti həyata keçirən şəxslər tərəfindən bir sıra müqavilə şərtlərinin pozulması halları müşahidə edilib. Xususilə, işlərin icra olunmaması, təqdim olunmuş plan-qrafikə münasibətdə geriləmə halları yoxlama aktları ilə təsdiq edilir. Texniki nəzarətçi “Tbilisi Bələdiyyə Laboratoriyası”nın məktublarından aydın olur ki, bərpa işləri layihəyə müvafiq deyil, keyfiyyətsiz aparılır. Bu günə olan məlumata görə, işlərin əsas hissəsi tamamlanmayıb və Tbilisi Bələdiyyəsi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti işlərin başa çatacağı tarixlə bağlı təxmini proqnoz verə bilmir.

Piyadaların və avtomobil sürücülərinin daimi narahatçılığı ilə yanaşı, indiyədək görülən işlərin bir hissəsi mexaniki təsir nəticəsində zədələnir, təmir üçün əlavə vəsait tələb olunur ki, bu da obyektin tamamlanma müddətini daha da artırır.

Müvafiq olaraq, Tbilisi Bələdiyyəsi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti 27 fevral 2023-cü il tarixində Tbilisi Bələdiyyəsi ilə “Er Te De” MMC (S/N: 406102550) və həmçinin “Millenium Builders Group” MMC (S /N: 400118047) arasında bağlanan müqaviləyə birtərəfli qaydada xitam vermək barədə qərar qəbul etmişdir”, - Tbilisi meri Kaxa Kaladzenin 15 yanvarda dərc etdiyi yazısında deyilir.

Meriya Tsereteli prospektinin bərpası üçün üç tender elan edib:

  • “Er Te De” MMC Tsabadze küçəsindən Qvetadze küçəsinə qədər olan hissənin bərpası üçün layihə-tikinti işlərini həyata keçirməli idi (qiyməti 9 017 950 lari);
  • “Millenium Builders Group” MMC Qvetadze küçəsindən Samtredia küçəsinə qədər olan hissəsinin reabilitasiya işlərinin layihələndirilməsi və tikintisini həyata keçirməli idi (qiyməti 13 028 880 lari);
  • “Millenium Builders Group” MMC Samtredia küçəsindən Didube körpüsünə qədər olan hissəsinin (qiyməti 9 201 870 lari) reabilitasiya işlərinin layihələndirilməsi və tikintisini həyata keçirməli idi.

Tsereteli prospektinin abadlaşdırılmasına 19 aprel 2023-cü il tarixindən başlanılıb. Tbilisi Meriyası işlərin 2024-cü ilin yanvarında tamamlanmalı olduğunu açıqlayıb. Oktyabrın 23-də şəhərin meri Kaxa Kaladze bildirib ki, “İşlər gecə-gündüz davam edir və nəzərdə tutulan vaxtda başa çatdırılacaq”.

Tbilisi Meriyası hələ də iddia edir ki, “podratçı şirkətlərlə müqavilələrə xitam verilməsi müddətlərə təsir etməyəcək və Tsereteli prospektində nəqliyyatın hərəkəti nəzərdə tutulan vaxt ərzində tam bərpa olunacaq”.

Yanvarın 15-də Meriya Tsereteli prospektinin bərpasını başa çatdırmaq üçün yeni şirkət seçmək üçün 17,7 milyon lari məbləğində sadələşdirilmiş satınalma elan edib. Meriya işlərin iki həftəyə tamamlanmasını tələb edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur